Zəngəzur dəhlizi türk dünyası ölkələri üçün yeni imkanlar yaradacaq

Zəngəzur dəhlizi türk dünyası ölkələri üçün yeni imkanlar yaradacaqAzərbaycanla Özbəkistan arasında əməkdaşlıq son illər yeni dinamika və xarakter alıb. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi təşəbbüs göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxıb.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və TDT-yə üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Səmərqənd sammiti 2021-ci ildə Azərbaycanın sədrliyi dövründə strukturun dəyişdirilməsindən sonra türk dövlətləri başçılarının yeni formatda ilk görüşü oldu və bu zirvə toplantısı təşkilatın son görüşdən sonra əldə etdiyi nəticələrin təhlili üçün bir növ platformaya çevrildi. Noyabr ayının 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin güclü ölkələrə çevrilməsi, türkdilli xalqların təhlükəsizliyinin təmin edilməsi üçün irəli sürdüyü təkliflər böyük rəğbətlə qarşılandı.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Azərbaycan prezidentinin TDT-nın IX Zirvə Görüşündə  haqlı şəkildə qeyd etdiyi kimi: "Türk dünyası 200 milyondan çox insan potensialına, geniş coğrafiyaya və təbii resurslara malikdir. Əgər böyük dövlətçilik ənənəsinə və zəngin tarixə malik olan TÜRK SOYU arasında həmrəylik və qarşılıqlı əlaqələr güclənərsə, ən müxtəlif səviyyələrdə çoxşaxəli əməkdaşlıq sistemi formalaşarsa, dünyanın dəyişən konfiqurasiyasında fərqli bir güc mərkəzi kimi çıxış edə bilərik."
Eyni zamanda Azərbaycan Prezidenti qeyd edib ki, bu geniş coğrafiya   böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Böyük bir ailə olan türk dünyası xalqları bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidirlər. Bütün sahələrdə, o cümlədən də mədəniyyət sahəsində əməkdaşlıq daha da fəallaşdırılmalıdır.
Prezident İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli çıxışında dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi. Ən başlıcası, xarici ölkələrdə yaşayan 40 milyonluq azərbaycanlının hüquqlarının qorunmasını Türk Dövlətləri Təşkilatının başlıca hədəfləri kimi göstərərək böyük bir tarix yaratdı. 
Türk Dövlətləri Təşkilatı 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilib. Bu ilin avqustunda Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi TDT tərəfindən məmnuniyyətlə qarşılanıb. Təşkilatın Baş katibi bu ilin sentyabr təxribatları ilə bağlı ciddi narahatlığını ifadə edərək Ermənistanın hərəkətini pisləyən bəyanat verib. Bu gün məcburi köçkünlərimiz işğaldan azad olunmuş torpaqlara qayıda bilmirlər. Səbəb isə odur ki, Ermənistanın yaratdığı mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi təhlükədir. Son 2 ildə əksəriyyəti mülki şəxs olmaqla 270 nəfər insan mina qurbanı olub .
IX Zirvə Görüşünün iştirakçıları eyni zamanda Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən "Özbəkistan-Qırğızıstan-Çin" və "Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər" dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər. Qürurvericidir ki, İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır. 
Elmar Abbasov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi / azxeber.com

Sosial       Tarix: 16 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler hava azerbaycanda son xeberler xeber.az cəbhədən son məlumatlar