"Zeynəb Xanlarovaya səsləndim ki, icazə verirsinizmi mən də "dünyanın xoşbəxtiyəm" deyim?" - FOTO

"Zeynəb Xanlarovaya səsləndim ki, icazə verirsinizmi mən də "dünyanın xoşbəxtiyəm" deyim?" - FOTO
"Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa Xalq artisti fəxri adına kimi yüksələcəyəm. Bu illərin zəhməti ilə, yavaş-yavaş olur. Arzularının arxasınca addımlayırsan, orada maddiyyatı düşünməməlisən. "Reklam olunum, bunu əldə edim", - deyə düşünməmişik. Tələbə vaxtında illərlə kirayə qalmışıq, biri olub, biri olmayıb. Sonra yavaş-yavaş ikiotaqlı evimiz olub, heç kimə bildirməmişik ki, orada nə kimi çətinliklərimiz var. Amma olanımızı göz önündə, tamaşaçı qarşısında olduğumuz üçün geyimlərimizə, lent yazılarımıza, saç düzümümüzə xərcləmişik. Yeni oxumağa başladığımız illərdə 5 manat qazancımızı da sənətimizə xərcləmişik, maşın, villa almağa qaçmamışıq. İnsanı nəfsi, tamahı uçuruma aparır. O çox pis şeydir".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib.
"Bu günləri mən haradayam deyib, təkəbbürlü gəzmək olmaz. Haradaydım deyə düşünərək, bu gününü müqayisə etməlisən. İnsan özü haqqında yüksək fikirdə olduğu gün artıq bitmiş hesab olunur. Mən hələ mən deyiləm. Ümumiyyətlə, mənəm-mənəmlik Allaha məxsusdur. Hələ arzularım çoxdur, düşünürəm ki, nələr edə bilərəm? Kaş ki, zaman, vaxt, sağlamlıq imkan versin, onları həyata keçirim. Bu illər elə sürətlə keçdi ki, elə bilirəm mən heç bu ömrü yaşamamışam. Elə indi yenidən yaşamaq, oxumaq, tamaşaçılarımla görüşmək istəyirəm. Hələ indi o sevgini qazanırıq. Bütün bunları yadına salanda, insan necə sevinib, kövrəlməyə bilər? Oxuduğum mahnıların hər birində illərimi xatırlaya-xatırlaya gəlirəm. Nələr yaşadım, hansı enişli-yoxuşlu yollardan keçdim?! Ona görə də gülürəm, kövrəlirəm, nəğmələrimin içində oluram, yaşayıram", - deyə sənətkar bildirib.
Xalq artisti Özbəkistandan qayıtdığını bildirib.
"Özbəkistanda keçirilən musiqi günləri çərçivəsində konsertim baş tutdu. Bu konsertimi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdim. Konserti mən təkbaşına yox, Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, təşkilatçılığı ilə birgə etdim. Konsert mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasovun əməyi, zəhməti sayəsində ərsəyə gəldi. O mərkəz həqiqətən də Azərbaycan-Özbəkistan dostluq, mədəni əlaqələrinin inkişafında çox böyük işlər görür. Mən bunları illərdir gözümlə gedib görürəm. Vaxt azlığından iki konsertim oldu. Biri Daşkənddə, biri də Səmərqənd şəhərində. Özbəkistanı qarış-qarış gəzib, bütün vilayətlərində konsertlər vermişəm. Ölkəmizə çox böyük sevgi ilə qayıtmışam. Əməkdar artist Yulduz Turdiyeva, vokalist Xursand Şerov, Özbəkistanda yaşayan azərbaycanlı İlham Abdullayev də öz sazı ilə konsertə xüsusi rəng qatdı. Özbəkistan xalqı da məni çox sevir. Onların alqışlarını, sevgilərini, şirin baxışlarını görəndə özümü dünyanın xoşbəxti hiss edirəm. Ona görə də Zeynəb xanım Xanlarovanın repertuarından olan "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısını orada oxudum. Hətta o gün xalq şairi Nəriman Həsənzadə ilə görüş idi. Canlı efirdən Zeynəb xanıma səslənib dedim ki, "siz icazə verərsinizmi mən də dünyanın xoşbəxtiyəm deyim?" Çünki mən Zeynəb xanımı həmişə çox sevmişəm. Fəxr edirəm, qürur duyuram ki, iki ölkənin Xalq artisti fəxri adını daşıyıram", - deyə sənətkar bildirib.
Müğənni bacı və qardaşlarından da danışıb.
"Qardaş və bacılarımdan o qədər razıyam ki. 4 bacı, 6 qardaşıq. Birinin barmağına tikan batsa, mənim ürəyim ağrıyar. O qədər biz bir-birimizə qarşı mehribanıq ki. Bu da ailədən irəli gəlir. Belə görüb, belə götürmüşük. İndiyə qədər aramızda dava-dalaş, söz-söhbət olmayıb. Yalandan bəzən yazırlar ki, Gülyazla Gülyanaq dalaşdı. Nəinki Gülyazla, bütün bacı-qardaşlarımla çox mehribanam", - deyə Xalq artisti bildirib. / oxu.az

Şou Biznes       Tarix: 08 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne valyuta mezennesi 2026 sonxəbərlər zelzele