Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyi

Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiErkən yaşlarda idmanla məşğul olan uşaqlarda müxtəlif fəsadlar yaranır. Bunun üçün uşaqları idman bölmələrinə qoymazdan əvvəl düşünüb-daşınmaq lazımdır. Əksər valdeyinlər fərqinə varmadan azyaşlı uşalarını  idman bölmələrinə qoyurlar. Mütəxəssilər hesab edirlər ki, valdeyinlər bir qədər diqqətli olmalı və idmanda təhlükəli növləri bir-birindən ayırd etməlidirlər. Elə idman növləri var ki, baş zərbələri əsas rol oynayır, bu da uşaqların beyninə təsir edir. Ona görə də uşaqlara bu cür idman növləri tövsiyə edilmir.
Boks idman növündə beldən aşağı zərbə vurmağa icazə verilmir. Bu idman növündə hədəf əsasən idmançının başıdır.
Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiKikboksinq isə boksdan bir qədər fərqlidir. Bu idman növündə rəqibə yalnız əllərlə deyil, ayaqlarla da zərbə vurulur.
Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiTay boksunda qaydalar daha sərtdir. Bu idman növündə əl, ayaq, diz və dirsək zərbələrindən istifadə olunur.
Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiMMA döyüş növündə də sərt döyüşə üstünlük verilir. Bəzən bu cür sərtlik idmançının ciddi zədələnməsinə səbəb olur.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran WKC növləri üzrə Azərbaycan Karate Federasiyasının prezidenti Nurəddin Quliyev az yaşlı uşaqlara əsasən üzgüçülük və gimnastika ilə məşğul olmağı tövsiyə edir: "Ümumiyyətlə, uşaqları erkən yaşlardan Şərq döyüş növlərinə qoymaq yanlışlıqdır.
Üzgüçülük və gimnastikayla erkən yaşlarından məşğul olan uşaqlarda fiziki aktivlik daha yüksək olur. Valideynlərə tövsiyəm budur ki, başla əlaqəli idman növlərindən uşaqlarını uzaq tutsunlar. Misal üçün 8-10 yaşlı uşağın boksla və ya kik-boksla məşğul olması məqbul deyil. Uşaqların məşq vaxtı başında qoruyucu olmalıdır. Bunsuz məşq başlaya bilməz. Eyni zamanda zərbəni yumşaldan əlcək taxılmalıdır".
Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiKarate ustası daha sonra bildirdi ki, döyüş sənətinin ən təhlükəsiz növü cüdo hesab olunur: "Cüdo yapon döyüş sənətidir. Cüdo digər güləş növlərindən (yunan-Roma, sərbəst) fiziki qüvvənin az istifadəsi və daha çox texnikanın müxtəlifliyi ilə fərqlənir. Cüdo texnikası bəzi müasir döyüş sənəti üslublarının əsasını təşkil edir. Bunlar sambo, ciu-citsu və aykidodur.
Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiCiu-citsu samurayların yumşaq hərəkət texnikası ilə əlbəyaxa döyüş sənətidir. Rəvayətə görə, bir gün yaponiyalı həkim Şirobay Akayame fırtına zamanı böyük ağacların budaqlarının qırıldığını, söyüd budaqlarının isə gücə tab gətirdiyini görür. Müşahidəsindən ilhamlanan həkim əsas prinsipi hücum etmək deyil, düşmənin gücünü ona qarşı çevirmək fəlsəfəsini özündə əks etdirən ciu-citsu məktəbini yaradır.
Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiAykido da zorakılıq etmədən  harmoniya axtarışı fəlsəfəsi üzərində qurulub. Kimsə onu pozarsa, təcavüzkarın aqressiv enerjisi özünə qaytarılır. Dərslərdə əsasən rəqibin əllərini tutmaq və zərbənin enerjisini yönləndirmək  öyrədirlər. Bu, döyüş sənətinin ən təhlükəsiz növüdür. Ciddi yüklənmə olmur. Tendonların və bağların gərginləşməsinin qarşısını almaq üçün məşqlər rəvan aparılır.
Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiUşu və ya Kung-Fu da Çində yaradılan döyüş sistemidir. Bu döyüş növü gimnastika və zərbə üsullarını birləşdirir. Nəfəs alma təcrübələrinə və konsentrasiya bacarıqlarının inkişafına diqqət yetirilir".
Zorakılıq və ağlı başdan alan sərt zərbələrin fəsadları - Uşaqlar hansı idman növlərini seçməlidir? - Mütəxəssis rəyiŞərq döyüş sənətində özünümüdafiə bacarıqları və özünə inam əsas şərtdir. Hər bir idmançıdan intizam tələb olunur, – deyən mütəxəssis bildirib ki, burada psixoloji hazırlıq əsas şərtdir: "Məşq zamanı rəqibi təkcə fiziki deyil, həm də psixoloji cəhətdən məğlub etmək öyrədilir. İdmançı təxribatlara tab gətirməli, emosiyalarını idarə etməlidir. Bundan əlavə, qəzəb motivasiyaedici emosiya kimi istifadə edilməməlidir".
Vəli Həsənov,
KONKRET.az

İdman       Tarix: 14 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər qarabag valyuta cəbhədən son durum