Zorla ərə verilən məktəbli: "Hər gecə ağlayırdım" - VİDEO

Zorla ərə verilən məktəbli: Bakıda 17 yaşlı məktəbli qızın zorla ərə verilməsinin qarşısı alınıb.
azxeber.com xəbər verir ki, Bakıda anasının himayəsində yaşayan Gülnar (ad şərtidir - red.) 2 il nişanlı qalıb. Oktyabrın 8-də onun toyu olacaqmış. Gülnar erkən yaşda ailə qurmaq istəmədyini əvvəl anasına, sonra nişanlısına deyib. O, təhsilini davam etdirmək, ali təhsilli müəllimə olmaq istədiyini dilə gətirib. Nişanlısı buna qətiyyən imkan verməyəcəyini deyib, hətta Gülnarı təhdid edib.
Toy günü yaxınlaşdıqca nə edəcəyini, necə edəcəyəni düşünən Gülnar polisə zəng edərərk azyaşlı olduğunu və zorla ərə verilmək üzrə olduğunu bildirib. Anası ilə birgə ifadə verdikdən sonra nişanlısının təhdidlərindən qorxduğu üçün sığınacağa pənah gətirib. 3 gündür burada olduğunu, özünü güvəndə hiss etdiyini deyən Gülnarın bir arzusu var: yarıda qoyduğu orta məktəbi bitirib, ali təhsil almaq.
"Sığınacağa gələn yeniyetmə qızların arzuları bir-birinə bənzəyir",- deyən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, son bir həftədə erkən nikaha məcbur edilən qızların sayı dörd olub.
Gülnarın üz-üzə qaldığı fakta gəlincə, bununla bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah olunub.
Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanır. Belə şəxslər Cinayət Məcəlləsinin "Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə" maddəsi üzrə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar.
 

Sosial       Tarix: 02 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber dunyada son xeberler xeber az bu gunun xeberleri haqqinda melumat