1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi - FOTOLAR
"Heydər Əliyev İli" çərçivəsində Naftalan ŞİH-nin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda bayram tədbiri keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə ŞİH-nın məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhid və qazi övladları, onların ailə üzvləri, şəhərdə fəaliyyət göstərən idman, təhsil və mədəniyyət idarələrinin rəhbərləri iştirak ediblər.
İştirakçılar ilk olaraq uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Ulu Öndər Heydər Əliyevin uşaqlar haqqında səsləndirdiyi qiymətli fikirləri özündə ehtiva edən video-çarxın nümayişi ilə başlayıb.
Uşaq Səfirlər Məclisinin Naftalan üzrə nümayəndəsi Səma Həsənova çıxış edərək hər zaman sonsuz sevgi və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin uşaqlara daim böyük qayğı və diqqət göstərdiyini, onların ən böyük himayədarı olduğunu vurğulayıb. Qeyd edib ki, bu gündə bu diqqət və qayğını hiss edirik. Məhz buna görə də ölkə Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya uşaqlar adından dərin minnətdarlığını bildirib.
Digər çıxış edənlər qeyd ediblər ki, uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub. Vurğulanıb ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işləri azad edilmiş ərazilərimizdə xoşbəxt uşaq gülüşlərinin eşidilməsinə zəmin yaradıb.
Tədbir məktəblilərin, Körpələr evi-Uşaq bağçasının, uşaq musiqi məktəbinin kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilib. Gənc idmançılar da nümunəvi çıxışları ilə tədbirə qatılıblar.













Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır