10 il əvvəl öldürülən "1 nömrəli" terrorçu

10 il əvvəl öldürülən "1 nömrəli" terrorçu"Əl-Qaidə" lideri Üsamə bin Laden 2011-ci ilin 2 mayında Amerika xüsusi təyinatlıları tərəfindən öldürüldü. Bin Ladenin öldürülməsindən sonra həmin gün baş verənlərlə bağlı əməliyyatlarda iştirak edənlər bir-birinin ardınca maraqlı kitablar dərc etdilər.
2017-ci ildə ABŞ Hərbi Donanmasının xüsusi təyinatlı "SEAL"ın döyüşçüsü Robert ONeillin "Operator" adlı kitabı nəşr olunub. Kitabda Pakistanın Abbottabad şəhərində Üsamə bin Ladenin məhv edilməsi əməliyyatının necə aparıldığı çox detal şəkildə izah edilir. Onun kitabı Pentaqonun razılığı ilə nəşr olunmuşdu, amma maraqlı olan Robert ONeillin personası idi. O, axı "1 nömrəli terrorçu"nu öldürən adam idi...
Müəllif yazır ki, terrorçunun gizləndiyi evə hücum üçün 2 "Black Hawk" helikopteli ayrılmışdı. Həm helikopterlər Əfqanıstandakı Baqram aerodromundan havaya qalxıblar və gecə Pakistan hərbçilərinə xəbərdarlıq etmədən sərhədi keçiblər.
Kəşfiyyatın məlumatlarına görə, Üsamə bin Laden hündür çəpərli ərazidəki böyük bir evin üçüncü- sonuncu mərtəbəsində yaşayırdı. Ora girmək üçün öncə terrorçunun 23 yaşlı oğlu Xalidi öldürmək lazım gəlib.
10 il əvvəl öldürülən "1 nömrəli" terrorçuONeill yazır ki, qaydalara görə, 24 nəfərlə birgə girdikləri evdə yeni qüvvələrin gəlməsini gözləməli idilər, ancaq özü və daha bir xüsusi təyinatlı ilə üçüncü mərtəbəyə çıxıblar. Üçüncü mərtəbədəki otaqlardan birində "uzun və arıq" görünən, eyni zamanda "qısa və boz saqqallı" Usamə bin Ladeni görüblər. Usamə yanında olan beşinci arvadının arxasında gizlənməyə çalışıb, amma amerikalı xüsusi təyinatlı qadının çiyninin üstündən terrorçunu nişan alıb və tətiyi iki dəfə çəkib: "O yerə yıxıldı. Sığorta üçün onun başına daha bir güllə vurdum" ONeill yazıb.
ONeill həmin gün yazmadığı hadisə də olub. Məsələn, əməliyyat zamanı xüsusi təyinatlıların helikopteri bin Ladenin olduğu evin həyətində yerə çırpılıb. Heç kim zərər görməyib, lakin özləri helikopteri daha sonra partladıblar.
Bin Ladenin məhv edilməsində iştirak edən Matt Bissonettinin memuar yazmaq istəyinə Pentaqon razılıq verməyib. O, ONeilldən dərhal sonra üçüncü mərtəbəyə qalxan xüsusi təyinatlı olub. Amma Pentaqonun narazılığına baxmayaraq, o da Mark Oven təxəllüsü ilə "Asan olmayan gün" adlı kitab dərc etdirib.
10 il əvvəl öldürülən "1 nömrəli" terrorçu"Sonuncu mərtəbəyə çatmağa beş pilləkən qalmış iki boğuq səs-küy eşitdik... Açıq qapıya yaxınlaşdıq və içəri baxdıq. Uzun gecə paltarları geyinmiş iki qadın yatağın yanında yerdə uzanan kişinin cəsədinin başında dayanmışdılar ... Əynində ağ köynək, boş şalvar və eyni rəngli paltar vardı. Güllə ona başının sağ tərəfindən dəymişdi ...Bədəni hələ də titrəyirdi. Silahımızı ona tərəf yönəltdik və hərəkətsiz qalana qədər sinəsinə bir neçə atəş etdik ..."-xüsusi təyinatlı yazır.
Xüsusi təyinatlı yazır ki, yatağından götürdüyü yorğanla üzünü silib: "Onun cəsədinə indi daha diqqətlə baxmağa başladım. O, düşündüyümdən gənc görünürdü. Saqqalı qara rənglə sanki təzəcə boyanmışdı ... Bu vaxt balkonda olan xüsusi təyinatlı Vill də cəsədin Bin Ladenə aid olduğunu təsdiqləməyə çalışırdı. Bir neçə cəhddən sonra əlaqə yarada bilmədi və balkonda səssizcə oturan uşaqlara üz tutdu. Qızlardan birinin qarşısında diz çökdü.
- Bu kimdir?
- Üsamə bin Laden.
-Üsamə bin Laden olduğuna əminsən?
- Bəli… Qız başını tərpətdi.
- Yaxşı, təşəkkür edirəm".
Matt Bissonettin yazır ki, üçüncü mərtəbənin girişindəki qapının üstündəki rəf diqqətini çəkib: "Orada bir AK-47 avtomatı və bir "Makarov" tapançası vardı. Silahları götürdüm, amma içlərilərində güllə yox idi. Demək o, müqavimət göstərmək, döyüşmək fikri olmayıb. On illərdir ki, tərəfdarlarını silahlılara qoşulmağa çağıran biri silahlarını boş saxlamışdı…"
10 il əvvəl öldürülən "1 nömrəli" terrorçuPentaqon kitab nəşr edildikdən sonra əməliyyatın təfərrüatlarını açıqladığı üçün Bissonettinı məhkəməyə verdi. Məhkəmə müəllifin 4 il ərzində ABŞ hökumətinə kitabdan aldığı gəlirə bərabər məbləğ ödəməli olduğuna qərar verdi. Yəni 6,6 milyon dollar…
Hər iki müəllif tərəfindən yazılmış kitabda təsvir olunan personajlar arasında Mərkəzi Kəşfiyyat İdarəsindən olan yaraşıqlı bir gənc sarışının adı da hallanırdı. Pakistanda bin Ladenin sığınacağını tapan və gizləndiyi ev haqqında bütün məlumatlara cavabdeh olan o sarışın olub.
Həmin sarışın agent Ketrin Biqeloun "1 nömrəli hədəf " filmində əsas personaj olub. Filmldə adı Maya olan sarışın agentin 5 il ərzində bin Ladenin yerinin müəyyənləşdirmək üçün axtarışları geniş əks olunub. 2013-cü ildə film bir neçə "Oscar" da qazandı…
Bin Ladenin cəsədi genetik analiz üçün "Karl Vinson" gəmisi ilə Fars körfəsinə göndərildi. Həqiqətən də Bin Laden olduğundan əmin olduqdan sonra amerikalılar onu ərəbcə dua edərək dənizə atıblar… (Musavat.com) /publika.az

Dünya     Baxılıb: 737   Tarix: 02 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbər hava haqqinda cəbhədən son məlumatlar xeberler az