100 min manatlıq ziyan: Bakıda yolu bağlayan TIR şirkəti rəhbəri özünü təqsirli bilmir

100 min manatlıq ziyan: Bakıda yolu bağlayan TIR şirkəti rəhbəri özünü təqsirli bilmirYükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
azxeber.com APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, Rəmiş Cəfərov yük daşımalarında qanunsuzluqlara yol verərək külli miqdarda vəsaiti qeyri-qanuni şəkildə ələ keçirib.
Belə ki, o pomidor və limondan ibarət malın vaxtında və təhlükəsiz daşınmasını yerinə yetirməyərək biri Belarus vətəndaşı olmaqla, beş nəfərə qarşı ümumilikdə 100 min manat ziyan vurub. Bundan başqa, Rəmiş Cəfərov 2022-ci ilin fevral ayının 17-də etiraz məqsədilə Bakının Heydər Əliyev prospektində süni tıxac yaradaraq nəqliyyatın hərəkətinə mane olub. Bütün bu əməllərə görə Rəmiş Cəfərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) maddələri ilə ittiham verilib.
İttiham olunan şəxs bu maddələrlə təsirli bilinərsə, 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. Rəmiş Cəfərovun atası Zəkrəm Cəfərov isə dələduzluq epizodlarından biri üzrə təqsirləndirilir. İttihamda qeyd olunub ki, o, həmin epizod üzrə 66 998 min dələduzluq edib. İttihama münasibət bildirən Rəmiş Cəfərov və Zəkrəm Cəfərov özlərini təqsirli bilməyiblər.
Təqsirləndirilən şəxslər dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı mülki iddiaları da qəbul etməyib. Rəmiş Cəfərov istintaqa verdiyi ifadəsində bəzi hallarda yükün göndərilən ünvana çatmamasının günahkarı olmadığını deyib:
"Türkiyədən Moskvaya göndərilmiş pomidoru Rusiya tərəfi qəbul etmədi, daşınan pomidorda xəstəlik olduğunu əsas gətirib malı geri qaytardılar. Hətta Rusiyaya belə pomidor gətirildiyinə görə şirkətimizi cərimə etdilər. Mən geri qaytarılan və zay olan məhsula görə məsuliyyət daşımıram. Astara rayonundan Rusiyaya daşınan limona gəlincə isə, o məsələdə öhdəliyə tam əməl edilib. Sənədlərdə adı göstərilən şəxsdən yük təhvil alınıb və sənəddə adı olan başqa bir şəxsə də təhvil verilib. Bu məsələyə görə indi də məndən pul tələb edənlər kənar şəxslərdir".
Növbəti proses sentyabrın 30-a təyin olunub.
Xatırladaq bu il fevralın 17-si səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar. Daha sonra Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərovun digər cinayət əməlləri ilə bağlı da ittiham olunublar. Zəkrəm Cəfərov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial       Tarix: 10 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler cəbhədən son durum xəbərlər.com xeberler bu gun