107 ildə 27 rektor: BDU-ya kimlər rəhbərlik edib?

107 ildə 27 rektor: BDU-ya kimlər rəhbərlik edib?Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
Universitetdə baş verən bu rəhbərlik dəyişikliyi BDU-nun 107 illik tarixinə və indiyədək rektor vəzifəsində çalışmış şəxslərə marağı artırıb.
1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində çoxsaylı rektorlar tərəfindən idarə olunub. Universitetə müxtəlif illərdə tanınmış alimlər, professorlar və dövlət xadimləri rəhbərlik ediblər.
azxeber.com indiyədək universitetə rəhbərlik etmiş şəxslərin siyahısını təqdim edir.
Vasili Razumovski
Bakı Dövlət Universitetinin ilk rektoru professor Vasili Razumovski olub. O, 1919–1920-ci illərdə universitetə rəhbərlik edib. Ondan sonra Sergey Davidenkov (1920–1923) və Aleksandr Qulyayev (1923–1926) bu vəzifədə çalışıblar.
Tağı Şahbazi Simurğ
1926-cı ildə universitetin rektoru vəzifəsinə Tağı Şahbazi Simurğ təyin edilib. O, BDU-nun ilk azərbaycanlı rektoru kimi tarixə düşüb və 1929-cu ilədək bu vəzifədə çalışıb. Sonrakı illərdə universitetə Vladimir Yelpatyevski və Maqsud Məmmədov rəhbərlik ediblər.
Sovet dövrünün rektorları
1930-cu illərdən başlayaraq universitetin rəhbərliyində bir sıra dəyişikliklər baş verib. Müxtəlif illərdə Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov, Əziz Əliyev, Cəbrayıl Ələsgərov, Şamil Əliyev və Abdulla Qarayev rektor vəzifəsini icra ediblər.
Daha sonra bu vəzifəyə Cəfər Hacıyev, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Mehdi Əliyev və Faiq Bağırzadə təyin olunublar. Xüsusilə Faiq Bağırzadə 1970–1987-ci illərdə, 17 il ərzində universitetə rəhbərlik edib.
Müstəqillik dövrünün rektorları
Azərbaycan müstəqillik qazandıqdan sonra da BDU-nun rəhbərliyində bir neçə dəfə dəyişiklik olub.
1990-cı illərdə universitetə Mirabbas Qasımov, Firudin Səməndərov, Murtuz Ələsgərov və Misir Mərdanov rəhbərlik ediblər.
1999-cu ildə rektor təyin edilən Abel Məhərrəmov 2018-ci ilədək bu vəzifədə çalışıb. Təxminən 19 il davam edən fəaliyyəti ilə o, universitetin ən uzun müddət rəhbərlik etmiş rektorlarından biri olub.
2018-ci ildə Firudin Qurbanov rektor vəzifəsini müvəqqəti icra edib. 2019-cu ildə isə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
2019-cu ildən universitetə rəhbərlik edən Elçin Babayevin vəzifədən azad edilməsi ilə BDU-da növbəti rəhbərlik dəyişikliyi baş verib.
Fəridə Əsədzadə

Sosial       Tarix: 19 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

SSRİ-də ucuzluğun sirri: Stalinin iqtisadi siyasətinin görünməyən tərəfi

Stalin dövründə qiymətlər niyə daim ucuzlaşırdı, Xruşşov hakimiyyətə gələndən sonra isə bahalaşmağa başladı?. Cəmiyyətdə "Stalinin vaxtında yaxşı yaşayırdıq, yoxsa Xruşşovun dövründə?" mübahisəsi adətən bir faktı

Toydan çıxan piyadanı avtomobil vurdu

Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurub. -a istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində, 1991-ci il təvəllüdlü Cahid Lələyevi avtomobil vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanay

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı

Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. O, Lənkəra

Azərbaycanda daha bir həkim vəfat etdi

Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat edib. Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib. Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anada

İşə başlamamış pul alacaqlar – Yeni qərar

Fermerlər gələn ildən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmamış, əvvəlcədən ala biləcəklər. yenisabah-a istinadən xəbər verir ki, kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə ilkin maliyyə ehtiyacların

Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanad

Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub. Nazirlikdən -a bildirlib ki

Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. . Mərhu

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər kriminal xeber ən son xəbərlər son xeberler bugun 2026 muharibe