İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaq, ilk növbədə, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş edib.
Söhbət zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunulub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olunub.
Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.





/ azxeber.com

Daha bir həkim qəfil vəfat etdi
Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl-Məndəbi tərk etdi - Ədən TƏHLÜKƏDƏ
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat
Suraxanıda maşın yandı
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi