11-40 yaşlı şəxslərin NƏZƏRİNƏ
TƏBİB qızılca ilə bağlı növbəti dəfə orta yaşlı əhaliyə çağırış edib.
TƏBİB-dən azxeber.com-a daxil olan məlumata görə, 11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir.
Qeyd olunub ki, 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir.
Əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır.
Vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında peyvəndlənmənin aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatlarının tətbiqinə ötən ilin 27 dekabr tarixindən başlanılıb.
Peyvəndlənmə prosesi Bakı şəhəri və regionlarda uşaq, böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır.

Apreldə ən çox stress və depressiya riski olan bürclər açıqlandı
Cəlilabadda küçəyə Murov qəhrəmanının adı verildi - FOTO
Eldar Əzizov və Zaur Mikayılov həmin evin söküldüyü yerə baxış keçirdilər - Foto
Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə
İrana qarşı müharibəyə qoşulacağıq: Bu ölkələr Trampa ŞƏRT QOYDU
Tramp: Hörmüz boğazını asanlıqla aça bilərik
Əlikram Bayramov qadağa dövründə balıq tutdu
Anasının dəfninə getmədi, "TikTok"da sərvət qazandı
Prezident bu əsasnamələri - Təsdiqlədi
Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı
"Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq ədalətə söykənir" - XİN
Prezident Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
İlham Əliyev Mixeil Kavelaşvili ilə təkbətək görüşdü
İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib
"Fənərbaxça" qalib gəldi