11-ci mərtəbədən yıxılaraq ölən ginekoloqun əri gömrük mayorudur - "Boşanma ərəfəsində olub

11-ci mərtəbədən yıxılaraq ölən ginekoloqun əri gömrük mayorudur - Xəbər verdiyimiz kimi, tanınmış həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı bir sıra müəmmalı məqamlar var. Belə ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə həkimin həyat yoldaşı ilə problemləri olduğu, hətta ərinin psixoloji xəstə olduğu iddia edilir.
azxeber.com xəbər verir ki, Qafqazinfo məsələni dəqiqləşdirmək üçün mərhumun qardaşı ilə əlaqə saxlayıb. 
X.Kəngərlinin qardaşı Elçin Vəliyev açıqlamasında bildirib ki, bacısının ərinin psixoloji problemləri olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir: 
"Bu, tamamilə şayiədir. Psixoloji problemi olan biri necə Dövlət Gömrük Komitəsində vəzifə tuta bilər? Bu, ən pis halda intihar həddinə çatdırmadır. Ən yaxşı halda isə öldürülüb, sonradan atılmadır. Hər şey istintaqdan və ekspertizadan sonra üzə çıxacaq. Biz bilirik ki, Xalidənin üzərində xəsarətlər olub. Sadəcə rəsmi nəticəni gözləmək lazımdır".
E.Vəliyevin sözlərinə görə, Xalidə Kəngərli boşanma ərəfəsində imiş: 
"Ailənin münaqişəsi var idi, boşanma ərəfəsində idilər. Xalidəyə qarşı şəxsi və ailəvi təzyiqlər olurdu. Ailədə münaqişənin və təzyiqlərin olduğunu təsdiq edən foto və videofaktlar istintaqa təqdim olunacaq. Həyat yoldaşı Xalidəyə qarşı fiziki zorakılıq tətbiq edib. Rəsmi ekspertizanın rəyi gələndən sonra ətraflı açıqlama verəcəyik".
Qardaşı bildirir ki, bir ay əvvəl Xalidə Kəngərli və uşaqları evdən ayrılıbmış. Buna səbəb evdəki söz-söhbətlərin dözülməz həddə çatması olub. Lakin sonradan ər-arvad barışıb və Xalidə Kəngərli evə qayıdıb.
Qeyd edək ki, X.Kəngərlinin həyat yoldaşı Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Onun adı Rüfət Kəngərlidir. 15 ilə yaxındır Bakı Baş Gömrük İdarəsində çalışan R.Kəngərlinin rütbəsi gömrük mayoru, vəzifəsinin isə gömrük inspektoru olduğu bildirilir.

Sosial       Tarix: 29 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler hava durumu son xeber 2026 sonxabar az