12 yaşlı parabadmintonçu: "Məni məğlub etmək mümkün deyil" - MÜSAHİBƏ + FOTO

12 yaşlı parabadmintonçu: 12 yaşlı parabadmintonçu: "Məni məğlub etmək mümkün deyil" - MÜSAHİBƏ + FOTO
"Sırf həyatımı dəyişmək, öz ayağımın üstündə dayanmağı bacarmaq üçün badmintonla məşğul olmağa başladım".
Bu sözləri Oxu.Az-a müsahibəsində 12 yaşlı parabadmintonçu Zəhra Salmalı deyib.
Müsahibəni təqdim edirik:
- Zəhra, öncə özünüz haqqında danışmağınızı istərdim. Necə oldu ki, bu idman növü ilə məşğul olmaq qərarı verdiniz?
12 yaşlı parabadmintonçu: - 2011-ci il noyabrın 15-də anadan olmuşam. 12 yaşım var. Mənim hər zaman idmana həvəsim olub. İki il gimnastika və üzgüçülüyə getmişəm. Amma bu idmana gələndə belə bir idman növünün olduğunu, ümumiyyətlə, bilmirdim. Xəbərim belə yox idi.
Anamın rəfiqəsinin övladları badmintonda millimizin üzvüdürlər. Mənə də təklif etdilər. Belə bir idman növü olduğunu bildirdilər. Badminton ilə həyatımı dəyişə biləcəyimi dedilər. Badmintona gəlişim belə oldu.
- Badmintona sırf həyatını dəyişmək üçünmü qatıldın?
- Bəli, sırf həyatımı dəyişmək üçün gəldim. Məşhurlaşıb, öz ayağımın üstündə dayanmağı bacarmaq üçün badmintona üz tutdum.
- Səhv etmiriksə, 11 ay olacaq ki, badmintonla məşğulsunuz. İlk başladığınız günü necə xatırlayırsınız?
- İlk gəldiyim günü dünən kimi xatırlayıram. Yanvar ayının 14-də bura gəldim. Başqalarının oyununa baxanda deyirdim ki, "mən bu oyunu necə bacaracağam? Oynaya biləcəyəmmi?" Bu kimi suallar yaranmışdı. İlk baxışdan çətin gəldi.
12 yaşlı parabadmintonçu: - Əvvəldə sizin üçün çətin olduğunu söylədiniz. Alışmağınız çox uzun zaman aldı?
- Düzdür, çətinliklərim çox olub. Lakin çox tez bir zamanda öyrəşdim. Xüsusən də həvəsim mənə daha çox yardımçı oldu.
- Ən böyük dəstəkçiniz kim olub?
- Ən böyük dəstəkçim anam olub. Ona təşəkkürümü bildirirəm. Sağ olsun. Anam həmişə arxamda olub. Deyib ki, "Zəhra, sən bunu bacaracaqsan. Bunu edə bilərsən". Məni idmana gətirib, aparan da anamdır. Hər zaman yanımda olur.
- Yeniyetməsiniz, badmintonla peşəkar səviyyədə məşğul olmağı düşünürsünüzmü?
12 yaşlı parabadmintonçu: - Mən Nizami rayonu 32 nömrəli tam orta məktəbin 7-ci sinfində təhsil alıram. Mən həm təhsilimi, həm də idmanı davam etdirməyi düşünürəm. Hədəfim həkim olmaqdır. Endokrinoloq olmaq ən böyük arzumdur. Çünki mən xəstələri sağaltmaq istəyirəm. Mənim öz həkimim də endokrinoloqdur. Ona görə sırf endokrinoloq olmaq istəyirəm.
- Yarışlarda iştiraka hazırsınızmı?
- Parabadminton üzrə hələ ki, yarışlar təyin olunmayıb. Biz Azərbaycanda ilk sayılırıq. Bu günə qədər olmayıb. 2022-ci ildə parabadminton yarandı. Yarışlar təşkil olunmayıb. Özümə çox güvənirəm. Lakin stres yaşayıram. Ayağımın büdrəyəcəyindən ehtiyat edirəm. Bəzən yıxılmaqdan qorxuram.
- Badminton sizi üçün nəyi ifadə edir? Başladığın andan bu günə nə kimi fərqlər var?
- Badminton həyatıma çox rəng qatdı. Əyləncəli bir idman növüdür. Həyatımı dəyişə biləcəyini bilirəm. Sırf maraq və əyləncəni daha çox kəsb edir. Gələcəyimə işıq saçağını bilirəm. Bundan əminəm.
12 yaşlı parabadmintonçu: - Badmintonda əsas rolu nə oynayır?
- Əsas çeviklik rol oynayır. Vurulan topların (badmintonda volan adlanır) qarşısını almalısan.
- Heç olubmu rəqibinizdən ehtiyat edəsiniz?
- Məğlub olmağı ağlıma belə gətirmirəm. İstəyirəm ki, hər zaman qalib olum. Məndən başqası yoxdur. Özgüvənim yüksəkdir. Məğlub olmağım qətiyyən mümkün deyil. Hər zaman qalib olmağı düşünürəm.
12 yaşlı parabadmintonçu: - Sizcə, badmintona maraq ölkəmizdə hansı səviyyədədir və bu idmanla məşğul olmaq insanlara nə qazandırır?
- Ölkəmizdə düşünürəm ki, tələbat normal səviyyədədir. Sadəcə işanlar daha çox maraq göstərməlidirlər. Çünki həyatlarını dəyişə bilərlər. İnsanların özlərinə inamını artıra bilər.
- Ölkəmizi Avropada təmsil etməyi düşünürsünüzmü?
- Bəli, müəllim deyib ki, 2028-ci ildə keçirilən Yay Olimpiya Oyunlarına qatıla bilərəm. Ona hazırlaşıram. Müəllim deyib ki, "Zəhra, belə davam etsən, səni göndərəcəyəm". Ölkəmizi təmsil etmək çox gözəl bir hiss olar. İstəmişəm ki, bayrağımızı hər zaman qaldırım. Lakin bu, çox asan iş də deyil. Çox məşğul olmalıyam. Məğlubiyyəti də düşünmürəm. İnşallah, 2028-ci ildə Azərbaycana qızıl medalı gətirərəm.
12 yaşlı parabadmintonçu: - Ailənizdə idmanla məşğul olan var?
- Xeyr. Lakin atamın idmana həvəsi var. Bu həvəs elə atamdan mənə keçib. Parapauerliftinqçi Pərvin Məmmədovdan da özümə örnək götürmüşəm. O məndə daha çox həvəs yaratdı. Motivə etdi. Düşündüm ki, insan istəsə, hər şeyi bacarar.
- Bundan sonrakı planlarınız nədir?
12 yaşlı parabadmintonçu: - Mənim həyatım yarış üzərində qurulub. Saniyə ilə hər şeyi edirəm. Yarışlarda səbirsizliklə iştirak etməyi gözləyirəm. 2028-ci il Olimpiadasında iştirak qismət olsa, buraxılış imtahanlarım ilə üst-üstə düşəcək. Heç birini buraxmaq istəmirəm. Ölkəmizə qalib olaraq qayıdaram. Bir il sonra Tibb Universitetinə imtahan verərəm.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı     Baxılıb: 198   Tarix: 19 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI. 2024-cü ildə dünyada ən çox satılan telefon markalarının adları açıqlanıb. Məlum olub ki, bunlar "Apple" və "Samsung"dur. -ın məlumatına görə, b

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO. Türkiyənin məşhur aktrisası Nebahat Çehredən pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Belə ki, aktrisa təcili xəstəxanaya yerləşdirilib. Məlumata görə, N.Çehreni

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat novruz bayramı xeberler bu qun valyuta mezennesi