Ağ saçları 15 günə öz rənginə qaytarır - Kimyəvi boyalara son

Ağ saçları 15 günə öz rənginə qaytarır - Kimyəvi boyalara sonYaşınız artdıqca saçlarınız ağarmağa başlayır. Ancaq bəzən gənc yaşlarda da saçlarda ağarmalar müşahidə olunur. Saçların ağarmasına səbəb olan bir çox amil mövcuddur. Vitamin və mineral çatışmazlığı, stress, zərərli vərdişlər, hormonal pozğunluqlar, nizamsız qidalanma kimi faktorlar saçların erkən ağarmasına səbəb ola bilər. Saçları ağaran insanlar bu problemdən qurtulmaq üçün tez-tez saç boyalarından istifadə edirlər. Lakin saç boyaları çoxlu kimyəvi maddə ehtiva etdiyi üçün saçlara zərər verir və saç sağlamlığını pozur.
KONKRET.az-ınMilli.Az-a istinadən xəbərinə görə, ev şəraitində saç boyası istifadə etmədən ağ saçları təbii yollarla yenidən əvvəlki rənginə qaytarmaq mümkündür.
Saçların ağarması yaşlanma prosesinin təbii hissəsi hesab olunur. Yaş artdıqca saçlardakı ağ tellər çoxalır. Araşdırmalar göstərir ki, saçların ağarması saça rəng verən melanin piqmentinin azalması ilə əlaqəlidir. Zamanla saç köklərindəki melanin istehsal edən hüceyrələr zədələnə və ya ölə bilər, bu da melanin istehsalının azalmasına və nəticədə saçların ağarmasına səbəb olur. Çox güman ki, saçlarınızdakı ağları örtmək üçün saç boyasından istifadə edirsiniz.
Ancaq saçları tez-tez boyamaq saç köklərinə zərər verir, saçların tökülməsinə, cansız və mat görünməsinə səbəb olur. Hazırda saçların erkən ağarması üçün məlum olan təsirli bir müalicə yoxdur. Ancaq bəzi həyat tərzi dəyişiklikləri və müalicələr daha çox ağarmanın qarşısını ala və ya prosesi yavaşlada bilər.
Saç boyası istifadə etmədən ağ saçlardan qurtulmaq mümkündür. Aşağıdakı təbii üsullar həm ağarmanın qarşısını alır, həm də saçların əvvəlki rənginə dönməsinə kömək edir:
1. Çuğundur suyu
Çuğundur suyu ağ saçların qarşısını almaqda təsirli ola bilər. Eyni zamanda saç köklərini bəsləyir və saç tökülməsinin qarşısını alır.
Bir neçə çuğunduru qaynadın, suyunu soyudun.
Saçınıza çəkin və 1 saat saxlayın, sonra su ilə durulayın. Çuğundur suyu saçınıza qırmızımtıl bənövşəyi çalar verə bilər. 15 gün ərzində müntəzəm tətbiq edildikdə, ağ saçların azalmasına kömək edə bilər.
2. Xına
Xına ağ saçlardan qurtulmağın ən təbii yollarından biridir. Eyni zamanda saçları bəsləyir və gücləndirir. Xına tozunu isti su ilə qarışdıraraq bir məcun halına gətirin. Saçınıza çəkin və bir neçə saat saxlayın. Su ilə durulayın. Xına saçınıza narıncı-qırmızımtıl rəng verə bilər.
3. Ravend (Ravent Otu)
Bu bitki "rhubarb" adı ilə də tanınır. Müxtəlif bölgələrdə ravend, dağ muzu, ravend-i hindi, ravendiyə, ışğın, rheum və rhubarbe kimi adlarla tanınır. Ravend köklərini suda qaynadın və soyudun. Saçınıza çəkin və 1 saat saxlayın. Su ilə durulayın. Saçınıza qırmızımtıl-qəhvəyi ton verə bilər.
4. Qoz
Qoz həm saç köklərini bəsləyir, həm də saçların sağlam uzanmasına kömək edir. Qoz, xüsusən qara qoz ağ saçlarınızı daha tünd rəngə çevirə bilər. Qara qozun qabıqlarını suda qaynadın, soyudun və saçınıza çəkin. 1 saat saxlayın və su ilə durulayın. Qara qoz saçınıza tünd qəhvəyi rəng verə bilər.
5. Papatya
Papatya saçlara parıltı vermək üçün istifadə olunur. Güclü papatya çayı dəmləyin və soyudun. Saçınıza çəkin və 1 saat saxlayın. Su ilə durulayın. Papatya saçınıza açıq sarı rəng verə bilər.
6. Limon suyu
Limon suyu güclü C vitamini mənbəyidir. Saçlara canlılıq və parlaqlıq verir. Təzə limon suyunu sıxın və saçınıza çəkin. Bir neçə saat saxlayın və su ilə durulayın. Limon suyu saçınıza açıq sarı rəng verə bilər. /lent.az

Sağlamlıq       Tarix: 25 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumat meherremlik 2026 son xəbər qurban bayrami 2026