145 minlik evini əlindən aldılar

145 minlik evini əlindən aldılar"Allah Hamımızı mərdiməzardan, ev yıxandan, qorusun! Mənim heç kimə "dələduz" demək hüququm yoxdur-bunu Fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun xalası Həsənova Mehriban Hüseyn qızının iddiasından sonra Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir".
Open.az Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri "Bu şəhərdə"nin ssenaristi Müşviq Abbasov yazıb. O, bir neçə ay öncə evinin əlindən saxta yolla alınması barədə paylaşım edib. Müşviq bildirib ki, məhkəməyə müraciət etsə də, heç bir faydasını görməyib:
"Sən demə, mən 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3-il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib.
Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar".
Müşviq əlavə edib ki, evin sahibləri onu məmur qohumları ilə hədələyirlər:
"Mehriban isə mənə telefonda dedi ki, mənim Prezident Aparatındakı bacım qızıynan, Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin "ağzını yumar", havayı yerə vəkillərə pul xərcləmə. Yəni, hakim Xəyalə Cəmilovanın və xala Mehriban Həsənovanın bu məntiqindən belə çıxır ki, Azərbaycanda kim istəsə, dövlət sənədlərini saxtslaşdırıb, külli miqdarda (145 min dollar), dələduzluq edib, pulu "atıb" həbs olunmaya bilər, azadlıqda qalar.
Dövlət notariusun təsdiqlədiyi müqaviləyə, heç vaxt güvənib ev almayın. Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülkü hər an, hətta 6 ildən sonra əlindən alına bilər.
Belə çıxır ki, Azərbaycan vətəndaşları hər ehtimala qarşı mülkləri əllərindən alınmamış hər şeyini satıb, kirayələrdə yaşamalıdırlar? Gedib başqa dövlətlərdə ev almalıdırlar?
Bir çox yerlərə müraciət etmişəm. Ümid edirəm, noyabrın 25-də Ali Məhkəmədə işimizə baxacaq hakim -Vəliyeva Elşanə vicdanlı qərar verəcək".
145 minlik evini əlindən aldılar

Şou Biznes       Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar hava proqnozu bugünki xəbərlər xeberler bugun