"15 yaşımda metroda onu görəndə dedim ki, Allah, onu mənə ver" - Kamilə əri haqda

"15 yaşımda metroda onu görəndə dedim ki, Allah, onu mənə ver" - Kamilə əri haqda"Ən böyük arzum aktrisa olmaq idi. Anam məni qorxutdu ki, çətin peşədir. Mən də qorxaq insanam. Ona görə də fikrimi dəyişdim".
Open.az xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva "Söhbətsiz" verilişində deyib. O, yaradıcılığından, aktrisalıq arzusundan söz açıb.
K.Babayeva aparıcı Samir Bayramlının "Deyirlər, həyat yoldaşı uzun illər Kamiləni sevib" sözlərinə belə cavab verib:
"Kamilə onu sevib... 15 yaşım olanda onu metroda gördüm və vuruldum. Dedim ki, ay Allah, səndən nə gedir ki, onu mənə ver də. Nə tanıdım, nə adını bildim. 4 il sonra yenə də metroda görüşdük. Sonra bir-birimizi itirdik. Sonra yenə qarşılaşdıq və dostluq etdik.
Mənə deyirdi ki, oğlan kimisən, kaş oğlan olardın, sənlə müharibəyə, davaya getmək olardı. Deyirdim, bunlar nə danışır, mən nə hayda. Sonra 1999-cu ildə sevgi etirafı oldu, amma əsası olmadı. Üzərindən müyyən vaxt keçdi, Bakıdan getdim. Türkiyədə işlərim yaxşı gedirdi, hər şey əla idi. Sonra düşündüm ki, axı mənim 15 yaşından olan arzum var idi. Orada işimi bitirib gəldim və mübarizə apardım. 2012-ci ildə ailə qurduq".
Aparıcı toyunda Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxanın dalaşmasına da toxunub:
"Ətrafda yazılanlar qədər böyük dava deyildi. Heç mənim xəbərim olmadı. Toyun sonunda gəlib dedilər ki, belə hadisə yaşandı. Sonra toyu montaj edəndə gedib oturub baxdım ki, kamera çəkibsə, kadrları məhv edim. Amma kamera da çəkməmişdi".(axşam.az)

Şou Biznes       Tarix: 11 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntülər cəbhədən son dəqiqə bu gunun xeberleri