15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
Bakıda məktəblinin idarə etdiyi avtomobil yol polisi tərəfindən cərimə meydançasına aparılıb.
azxeber.com xəbər verir ki, hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsi yaxınlığında baş verib.
Nizami RPİ-nin DYPŞ-nin əməkdaşları ön tərəfdə 3, arxa tərəfdə 4 azyaşlının əyləşdiyi avtomobili saxlayıblar. Məlum olub ki, maşını idarə edən şəxs sürücülük hüququ olmayan 15 yaşlı yeniyetmədir. Sərnişinlərin isə onun məktəb yoldaşları olduğu üzə çıxıb.
Yol polisləri nəqliyyat vasitəsini müvəqqəti duracağa yerləşdiriblər.
İnzibati xəta haqqında protokola əsasən, bundan sonra yeniyetmənin atası 1985-ci il təvəllüdlü S.Sultanov (şərti) əraziyə gələrək dava-dalaş salıb. O özünü mötəbər şəxs kimi təqdim edərək DYP əməkdaşlarına qarşı xuliqanlıq edib. Əraziyə dəvət edilmiş digər polis əməkdaşlarının köməyi ilə o saxlanılıb.
Həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs Nizami Rayon Məhkəməsinə gətirilib və məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir