17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 2000-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvəl həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Mehdi ötən il aylıq 409 manat əmək haqqı ilə mühafizəçi vəzifəsinə işə qəbul edilib. Bundan sonrakı günlərdə o, Lənkəran şəhəri ərazisində Masallı rayon sakini, yetkinlik yaşına çatmamış Aysu (şərti adlı) ilə tanış olub. Masallıda yaşadığı evdən qaçan yeniyetmə qız Lənkəranda Mehdi ilə tanış olub və aralarında münasibət yaranıb. Bundan sonra Mehdi həmin qızı kollecin arxa qapısından içəri keçirib və bir müddət burada saxlayıb. O, bu vaxt ərzində yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olub.
İtkin düşmüş qız barədə hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra onun kollecin gözətçisi ilə münasibəti üzə çıxıb və kollecə aid tikilidə gecələməsi müəyyənləşib.
Faktla bağlı cinayət işi açılıb və aprelin 16-da Lənkəran Rayon Məhkəməsinin çıxardığı hökmlə Mehdi Quluzadə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib.
O, məhkəmə zalındaca həbs edilib. (Publika.az)

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü