18 yaşlı futbolçu "Zirə"nin kapitanı oldu
Ötən gün Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə səfər oyunda "Zirə"ni meydana 18 yaşlı müdafiəçi Cəlal Hüseynov çıxarıb.
Publika.az xəbər verir ki, bununla da o, komandanın tarixinə ən gənc kapitan kimi düşüb. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Rəşad Sadıqov bu məsələyə toxunub. O, Cəlal Hüseynovun gələcəkdə milli komandanın əsas futbolçularından biri ola biləcəyini deyib:
"Heyətdə başqa təcrübəli futbolçular da var idi. Cəlalı 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm. Həm futbol bacarığı, həm xarakteri, həm də soyuqqanlılığı ilə göstərdi ki, seçimimizdə yanılmamışıq. Əslində bizim kapitanımız Ağabala Ramazanov, vitse-kapitan Qismət Alıyevdir. Beynimdə üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verdikcə "bərkiməsini", məsuliyyətinin artmasını istəyirəm. O, bu gün yükün altından layiqincə çıxdı".
Qeyd edək ki, "Qəbələ" ilə 1:1 hesabı ilə başa çatan oyunda "Zirə"nin yeganə qolunu da başla məhz Cəlal Hüseynov vurub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var