2 gəncin öldüyü hadisə ilə bağlı - Təfərrüat
Dekabrın 9-da saat 21 radələrində Masallıda iki gəncin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
KONKRET.az xəbər verir ki, avtomobilin vuraraq öldürdüyü 20 yaşlı İslam Əliyev və 17 yaşlı İsa Cavadov hadisə vaxtı yolun kənarındakı mağazadan çıxırmış.
Belə ki, İslam işlədiyi marketdən çıxaraq tanışı İsa ilə birgə yolu keçərkən Türkoba kənd sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə onları vurub. Nəticədə hər iki gənc hadisə yerində ölüb.
Bildirilir ki, qəzada həyatını itirən İslam Əliyev həm də gənc şair olub, onun şeirləri bir neçə dəfə mətbuatda dərc edilibmiş.
Hadisədən sonra ətraf kəndlərin sakinləri Lənkəran-Boradigah-Masallı yolunun bu ərazidən keçən hissəsində sürət həddi ilə bağlı problemlərin olduğunu və tez-tez qəzaların baş verdiyini bildiriblər. Sakinlər əraziyə radar quraşdırılmasının vacibliyini vurğulayıblar.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi