2 min qadın xərçəng riskinə qarşı müayinə olunacaq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (Fond) Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müşaviri Firəngiz Əliyeva ilə yanaşı TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) aidiyyəti struktur bölmələrinin rəhbərləri və nümayəndələri, Fondun Azərbaycan Nümayəndəliyinin səhiyyə proqramlarının rəhbəri Ramiz Hüseynov iştirak ediblər.
Görüşdə Agentlik və Fond arasında imzalanan Anlaşma Memorandumuna əsasən icra edilən 3 illik "Azərbaycanın Cənub regionlarında təhlükəsiz analıq" layihəsinin başa çatan birinci mərhələsinin hesabatı Fond tərəfindən təqdim olunmuş və layihənin növbəti mərhələlərinin müzakirəsi aparılıb.
Növbəti mərhələlərdə son texnologiya ilə skrininq müayinələrinin aparılması məqsədilə tibb mütəxəssislərin təlimləndirilməsi, Lənkəran sakini olan 2 000-nə yaxın qadının müayinə olunması və bu müayinələr nəticəsində onlarda uşaqlıq boynu xərçəngi riskinin olub-olmamasının təyin olunması, həmin xəstəliklərlə bağlı icmaların və gənclərin maarifləndirilməsinin aparılması razılaşdırılıb.
İcraçı direktor Vüqar Qurbanov uşaqlıq boynu xərçəngi ilə yanaşı süd vəzi xərçəngi riskinin də vaxtında aşkarlanmasının bu xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətlərdə Fondla əməkdaşlığın genişləndirilməsini təklif edib.
Bundan başqa, Qarabağ bölgəsində tibbi fəaliyyətə cəlb olunacaq həkimlər üçün ailə həkimliyi mövzusunda təlimlərin təşkil edilməsi müzakirə olunub və Fond bu prosesə dəstək göstərməyə hazır olduğunu bildirib.

Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı