Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ
"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər".
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Mariyat Muxina açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, isti hava şəraitində su hövzələrində çimmək bəzi hallarda sağlamlıq üçün gözlənilməz problemlərə səbəb ola bilər.
"İsti su hövzələrində, xüsusilə yosunların çiçəklənməsi dövründə bakteriyalar və göbələklər sürətlə çoxalır. Qulağa daxil olan su vaxtında xaric edilmədikdə infeksiyanın inkişafı üçün əlverişli mühit yaranır", – deyə həkim bildirib.
Mütəxəssis qeyd edib ki, yosunların həyat fəaliyyəti nəticəsində əmələ gələn maddələr zəhərli ola və qulaq kanalının dərisində qıcıqlanmaya səbəb ola bilər.
O, xüsusilə qulaq pərdəsi zədələnmiş şəxsləri ehtiyatlı olmağa çağırıb. Həkimin sözlərinə görə, belə hallarda su daxili qulağa keçə bilər və infeksiya mezotimpanit, epitimpanit, hətta meningit kimi ciddi fəsadlara yol aça bilər.
Profilaktika məqsədilə Mariyat Muxina çimdikdən sonra qulaqların qurudulmasını, başın yana əyilərək suyun axıdılmasını və xarici qulağın yumşaq dəsmalla silinməsini tövsiyə edib. O, qulaq çöpündən və digər iti əşyalardan istifadə etməməyi məsləhət görüb.
Həkim bildirib ki, zərurət yarandıqda xüsusi qulaq damcılarından istifadə oluna bilər. Qulaq problemi olan şəxslərə isə suya girərkən qulaq tıxaclarından və ya xüsusi qoruyucu vasitələrdən istifadə etmələri tövsiyə olunur.
Mütəxəssis bulanıq və kəskin qoxulu sularda çimməməyi, qulaqda ağrı, axıntı, eşitmənin zəifləməsi və ya hərarət yüksəldiyi halda isə dərhal lor həkiminə müraciət etməyi məsləhət görüb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK