Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyiİctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır.
Xüsusilə məktəb yaşlı uşaqların gündəlik istifadə etdiyi məkanlarda bu məhsulların əlçatan olması onların zərərli vərdişlərə yönəlməsi riskini artıran amillərdən biri kimi qiymətləndirilir.
Bəs uşaqların sağlamlığını qorumaq və onların zərərli məhsullara çıxışını məhdudlaşdırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, ictimai yerlərdə siqaret və elektron siqaretlərin istifadəsinə qarşı daha ciddi məhdudiyyətlər tətbiq olunmalı, enerji içkilərinin istehlakı ilə bağlı da maarifləndirmə gücləndirilməlidir:
Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi"İctimai yerlərdə, məktəblərdə, idarələrdə və digər məkanlarda siqaret və elektron siqaretlərin istifadəsinə qarşı daha ciddi tədbirlər görülməlidir. Eyni zamanda enerji içkilərinin istifadəsinin mümkün riskləri ilə bağlı maarifləndirmə aparılmalıdır.
Xüsusilə uşaqların bu məhsullara çıxışının qarşısı alınmalıdır. Azyaşlılara tütün və nikotin məhsullarının satışına ümumiyyətlə yol verilməməlidir".
"İlk növbədə insanlara bunun zərərli olduğu izah edilməlidir"
Ekspertin sözlərinə görə, bir sıra ölkələrdə uşaqların sağlamlığının qorunması məqsədilə tütün və nikotin məhsullarının satışına, eləcə də müəyyən məhsulların istehlakına yaş və digər məhdudiyyətlər tətbiq edilir:
"Bir çox ölkələrdə uşaqlara müəyyən yaş həddinə qədər tütün və alkoqol məhsullarının satışı qadağandır. Enerji içkilərinin istehlakı ilə bağlı da müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir.
İlk növbədə insanlara bu məhsulların sağlamlıq üçün yaratdığı risklər izah edilməlidir. Maarifləndirmə ilə yanaşı, müəyyən edilmiş qaydalara əməl olunmadığı halda nəzarət və məsuliyyət mexanizmləri də işləməlidir".
R.Bağırov hesab edir ki, bəzi məhsulların satışından əldə olunan kommersiya gəlirlərinin yüksək olması onların istehlakının məhdudlaşdırılmasına müəyyən çətinliklər yarada bilər. Onun fikrincə, belə hallarda dövlət nəzarəti və maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.
"Dayanacaqlarda belə satış məntəqələrinin olması düzgün deyil"
Terapevt valideynlərin də uşaqların zərərli məhsullardan qorunmasında mühüm rol oynadığını vurğulayıb:
"Valideynlər uşaqlarına ciddi nəzarət etməlidirlər. Uşaqların bu məhsullara çıxışı mümkün qədər məhdudlaşdırılmalıdır.
Dayanacaqlarda belə satış məntəqələrinin təşkil edilməsi düzgün deyil. Çünki tütün və nikotin məhsullarının açıq şəkildə nümayiş etdirilməsi uşaqlarda maraq yarada bilər. Hətta siqaret çəkməyən insan belə həmin məhsulları daim görərək onlara maraq göstərə və sonradan istifadə etməyə başlaya bilər".
Ekspertin fikrincə, azyaşlıların zərərli məhsullardan qorunması üçün yalnız satış məntəqələrinə nəzarət kifayət deyil.
"Məktəblərdə və ictimai məkanlarda maarifləndirici kampaniyaların keçirilməsi, məhsulların uşaqlara satışına görə məsuliyyət mexanizmlərinin gücləndirilməsi, eləcə də təhsil müəssisələri və nəqliyyat dayanacaqları ətrafında bu məhsulların əlçatanlığının məhdudlaşdırılması mühüm addımlardır.
Uşaqların sağlamlığının qorunması yalnız bir qurumun vəzifəsi deyil. Burada dövlət qurumları, satış məntəqələri, təhsil müəssisələri və valideynlər birlikdə məsuliyyət daşımalıdır".
Beləliklə, uşaqların siqaret, elektron siqaret və yüksək kofein tərkibli enerji içkilərinə erkən yaşlarda maraq göstərməsinin qarşısının alınması üçün həm nəzarət mexanizmlərinin gücləndirilməsi, həm də davamlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. Xüsusilə uşaqların gündəlik istifadə etdiyi məktəb ətrafı ərazilərdə və ictimai nəqliyyat dayanacaqlarında bu məhsulların əlçatanlığına daha ciddi yanaşılması onların zərərli vərdişlərdən qorunmasına kömək edə bilər.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 13 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun cəbhədən son məlumat son.xeberler şou biznes xəbərləri