"20 Yanvar bütün sovet xalqının tarixində qanlı səhifədir" - Rusiyalı politoloq
"33 il əvvəl Bakıda baş verən hadisələr bütün sovet xalqı üçün qanlı səhifə oldu".
KONKRET.az report-a istinadən xəbər verir ki, bunu politoloq, siyasi strateq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.
"Bu gün biz qardaş Azərbaycan xalqının ağrısını xatırlayırıq. Onda təsəvvür etmək mümkün deyildi ki, bizim sovet tankları sovet şəhərlərinin küçələrində birləşmiş sovet xalqına qarşı çıxacaqlar. Bu hadisələrdən sonra sanki xalqlarımız arasında uçurum yaranmışdı, gələcək qeyri-müəyyən görünürdü. Amma indi biz iki qardaş dövlət və xalqıq", – politoloq bildirib.
O, azərbaycanlıların Leninqradın mühasirəsi zamanı göstərdikləri şücaətləri xatırladıb.
"Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq bağlayır. Biz birlikdə çox şey yaşamışıq. Bu yaxınlarda biz Leninqradın blokadasının 80 illiyini qeyd etdik, burada blokadanın yarılması zamanı həlak olmuş Azərbaycan qəhrəmanlarının abidələri ucaldılıb. Bizim üçün, bu, şücaət və tarixdir", – ekspert qeyd edib.
O, həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan gələcəyi birlikdə qurur:
"Bizim ortaq layihələrimiz var. Çalışacağıq ki, xalqlarımızı qardaşlıq əlaqələri bundan sonra da birləşdirsin".

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür