20 Yanvar faciəsinə ilk siyasi qiymət Heydər Əliyev tərəfindən verilib

20 Yanvar faciəsinə ilk siyasi qiymət Heydər Əliyev tərəfindən verilibAzərbaycan xalqı zaman zaman çox haqsızlıqlarla üzləşib, bunlardan biri də 1987-ci ildə Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistan SSRİ-yə birləşdirmək planı olub. Bunun üçün sovet imperiyası Azərbaycana təsir etməyə başlayıb. Əvvəlcə Ümummilli liderimiz Heydər Əliyev SSRİ Mərkəzi Komitəsindən uzaqlaşdırılıb. 1988-ci ilin əvvəllərində isə ilk dəfə Qafan rayonunda, sonra isə Ermənistanın digər rayonlarında yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından departasiya ediliblər.
Az müddətdə 250 mindən çox azərbaycanlı işgəncələrə məruz qalaraq öz tarixi, dədə-baba torpaqlarından zorla qovulublar. Onlardan 216 nəfəri vəhşicəsinə qətlə yetirilib, 1154 nəfəri isə yaralanıb. Doğma torpaqlarından qovulmuş azərbaycanlılar Bakıya və Azərbaycanın digər rayonlarına pənah gətiriblər. Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istəyən qüvvələr Qarabağda, eyni zamanda Sumqayıtda dəfələrlə qanlı təxribatlar törədiblər.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qarbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və  Dövlət Təhlükəsizliyi Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnika və müxtəlif tipli silahlarla atəşə tutularaq kütləvi qətlə yetirildi.
Ancaq bir şeyi başa düşmədilər ki, Azərbaycan xalqı qəhrəman, vətənpərvər xalqdır. Həmin gecə əliyalın, silahsız insanlar ölümü göz önünə alaraq imperiya qoşunlarının qarşısına çıxdılar. 19-dan 20-nə keçən gecə, saat 00-da əhaliyə xəbərdarlıq etmədən Sovet ordusunun xüsusi təyinatlı və daxili qoşunları xüsusi qəddarlıqla mülki əhaliyə və evlərə atəş açmağa başladılar. Onu da qeyd edim ki, əhali xəbər tutmasın deyə yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunu partlatdılar. Yalnız fövqəladə vəziyyətin, komendant saatının təyin olunması barədə yanvar ayının 20-si səhər 5:30-da komendant təyin olunmuş Dubinyak tərəfindən radio vasitəsi ilə elan edildi. Bu da onu göstərir ki, hər şey planlı şəkildə edilirdi.
Bakı əməliyyatına birbaşa SSRİ Müdafiə Naziri Dmitriy Yazov, Daxili İşlər Naziri Vadim Bakatin, SSRİ DTK-a sədrinin müavini Filip Babkov rəhbərlik edirdi. 
1990-cı il 20 yanvar faciəsi Azərbaycan tarixinə azadlıq, müstəqillik, istiqlal, hürriyyət mücadiləsi kimi daxil oldu. 
Ümumilikdə qanlı yanvar faciəsində 147 nəfər həyatını itirmiş, 744 nəfər ağır yaralanmış, 841 nəfər qanunsuz həbs edilərək işgəncələrə məruz qalmışdır. 200 mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları və şəxsi əmlak məhv edilmişdir. Həmin dövrün qiymətləri ilə Azərbaycana 5637286 rubl miqdarında maddi ziyan vurulmuşdur. SSRİ rəhbərliyi tərəfindən Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə sayı 66000 nəfər olmaqla Stavropoldan, Krasnodardan, Rostovdan səfərbər edilmiş - böyük əksəriyyəti erməni zabitləri, əsgərləri və kursantları olub. 
20 yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Azərbaycan Milli kimliyinin formalaşmasına və Azərbaycanın müstəqil, azad olmasına zərurət yarandı. 
Azərbaycanda SSRİ tərəfindən təyin olunmuş dövlət rəhbərləri 20 yanvar hadisəsinə don geyindirməklə susmağa üstünlük vermələrinə baxmayaraq, Heydər Əliyev Moskvada təhlükələrdən çəkinməyərək Azərbaycan nümayəndəliyinə gedərək 20 yanvar hadisələrini törədənləri birmənalı olaraq haqsız adlandırdı. SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək rəsmi açıqlama tələb etdi.  
Ümummilli liderin təşəbbüsü ilə NMR-nın Ali məclisi tərəfindən 21 noyabr 1990-cı ildə  faciəyə ilk siyasi qiymət verildi. 1994-cü il mart ayının 29-da 20 yanvar hadisələrinin araşdırılması üçün Milli Məclisdə qərar qəbul edildi. 1998-ci ildə "20 yanvar şəhidi" Fəxri adı təsis edildi. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli fərmanı ilə 20 yanvar şəhidlərinin ailələrinə prezident təqaüdü təsis edildi. 2008-ci ildə 20 yanvar əlillərinə prezident təqaüdü verilməsi barədə sərəncam verildi. Onlara mənzil və avtomobil verildi. 20 yanvar dairəsində qanlı yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldıldı. Azərbaycan Azadlıq mübarizləri olan oğul və qızlarını heç vaxt yaddan çıxartmır, daimi yüksək qiymətləndirir. Hər il yanvarın 20-də Azərbaycanın hər bir yerində 12:00-da 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Eyşan İsgəndərov
20 Yanvar Cəmiyyətinin Abşeron Rayon Şöbəsinin sədri / azxeber.com

Siyasi       Tarix: 20 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun valyuta mezennesi banklar krminal bu gun cəbhədən ən son xəbərlər