"20 Yanvara dair vacib sənədlər Moskvaya aparılıb, onları qaytarmaq lazımdır"

"1990-cı ildə Milli Məclisdə 20 Yanvar faciəsi ilə bağlı komissiya yaradıldı və bu komissiya bir müddət işləyib müəyyən sənədləri üzə çıxardı. Lakin müvafiq komissiya işini axıra çatdıra bilmədi və bu barədə ciddi qərar qəbul edilmədi".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O, 1990-cı ildə 20 Yanvar hadisələri bağlı yaradılan komissiyasının fəaliyyətindən və indiyədək Azərbaycan xalqına qaranlıq qalan məsələlərdən söz açıb.
V. Əhmədov xatırladıb ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bu məsələyə bir daha qayıdıb və 20 Yanvarla bağlı ciddi müzakirələr başlayıb:
"Həmin ərəfədə çox ciddi bir sənəd də qəbul olundu. Həmin sənəddə bütün təqsirkarların adları bir daha səsləndirildi. O vaxtı Heydər Əliyev daha sonra baş prokurora tapşırıq verdi ki, bu işlər araşdırılsın. Prokurorluq bu faciə ilə əlaqədar araşdırmanı hələ də davam etdirir. Lakin mənə elə gəlir ki, 20 Yanvarla bağlı məsələləri araşdırılmasında müəyyən qədər irəliləyişə nail olmağa ehtiyac var".
Deputatın sözlərinə görə, 20 Yanvara dair sənədlərin əksəriyyəti Moskvaya aparılıb:
"SSRİ dağılıb və Rusiya ilə danışıb o sənədləri Moskvadan gətirmək lazımdır. Bundan sonra axıra qədər analiz aparıb müəyyən etmək lazımdır ki, bu işdə başqa təqsirkar kimdir".
"Qanlı yanvar" ifadəsinə toxunan deputat onu da əlavə edib ki, bu ifadə düzgün deyil:
"Çünki bu, bizim üçün zəfərin başlanğıcı idi və millətimiz öz iradəsini göstərdi. O sübut etdi ki, heç bir silahdan qorxmur və müstəqillik uğrunda ölümə getməyə də hazırdır. Mən həmin hadisələrin şahidi olub orada iştirak etmişəm. Çox yaxşı bir haldır ki, dövri mətbuatda hadisə ilə bağlı bir çox məqamlar öz əksini tapıb.
Xocalı soyqırımı unudulmadığı kimi, 20 Yanvar da daim yaddaşlarda qalmalıdır. 20 Yanvar da, Xocalı soyqırımı kimi, SSRİ-nin Azərbaycana qarşı apardığı ölümcül siyasəti idi. O vaxt millət ölümlə üz-üzə qalmışdı. Məncə, bu məsələlərdə ovaxtkı rəhbərliyin təqsiri var idi. Yəni onlar bunun qarşısını ala bilərdi, amma hakimiyyətdə qalmaq üçün heç nə etmədilər. Bu, millətimiz üçün şanlı bir zəfərdir. SSRİ kimi bir dövlətin süqutunda məhz Azərbaycanın çox böyük rolu oynayıb.
20 Yanvarda bizə qarşı böyük terror hadisəsi törətdilər. Bu gün bunu Rusiyanın törətdiyini deyəndə, təkzib edirlər ki, yox, elə deyil. Amma reallıq budur ki, Rusiya həmişə Azərbaycana qarşı belə mövqedə olub. Onlar və bir sıra dövlətlər bu gün də müstəqilliyimizi qəbul edə bilmirlər".

Siyasi       Tarix: 20 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun