"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"a ududzuqları matçdan danışıb.
KONKRET.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:
– Xalqımızı Zəfər Günü münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, daha yaxşı çıxış edə bilərdik. Qalib gəlmək istəyirdik. Ümumilikdə futbolçuların məsuliyyətindən və oyuna münasibətindən razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar təşkil edən komandaya qarşı oynadıq. Rəqibin qapımız qarşısında yüzfaizlik qol imkanları yaratmasına imkan vermədik. Autdan sonra top əvvəlcə bizdə oldu, daha sonra rəqibə keçdi və nəticədə qol vuruldu. Yəqin ki, onlar bu qola layiq idilər. Rəqibi təbrik edirəm. "Turan Tovuz" artıq bir neçə turdur ki, inamlı təsir bağışlayır. Biz yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda millilərin oyunları ilə əlaqədar fasilə olacaq. Bu müddətdən səmərəli istifadə etməyə çalışacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.
– "Qarabağ" qol imkanlarından yararlana bilmir. Bu, problemdir?
– Bunu necə istəyirsiniz, elə də adlandıra bilərsiniz. Daha diqqətli olmaq lazımdır. Uğursuzluqdan danışmaq istəmirəm. Futbolçular daha dəqiq və soyuqqanlı oynamalıdırlar.
– Uzun müddət "Azersun Arena"da oynamamışdınız. Stadionun dəyişməsi məğlubiyyətin səbəblərindən biri ola bilərmi?
– Xeyr, belə deməzdim. Burada dəfələrlə oynamışıq, bizim doğma meydanımızdır. "Turan Tovuz"a "Tofiq Bəhramov" stadionunda da uduzmuşuq. Bu, futboldur. İrəliyə pozitiv əhval-ruhiyyə ilə baxmaq lazımdır.
– Futbolçuların bir-birinə uyğunlaşması prosesinin bu qədər vaxt aparacağını gözləyirdiniz?
– Bəlkə də, gözləmirdim. Amma müsbət məqamlar da var. Yeni futbolçular artıq formalarını yığmağa başlayırlar. Zədəli futbolçularımız da olub. Son vaxtlar komandamızın oyununda müsbət məqamlar görürəm. Vəziyyəti düzəltməyə çalışacağıq. (qol.az)

İdman       Tarix: 07 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

 "Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı 

"Neftçi" Misli Premyer Liqasının X turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər. "Ağ-qaralar"ın heyətind

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR

Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" – "Qarabağ" qarşılaşmasının (0:0) gedişində qonaqların iki futbolçusu arasında mübahisə yaşanıb. Mateus Silva və Marko Yankovi

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında

Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunlarına təyinat alıblar. qurumun rəsmi saytına istinadla xəbər verir ki, Əliyar Ağayev İspaniyada keçiriləcə

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Report-a Azərbayca

Konfrans Liqası: III turunun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin II turunun oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində İtaliyanın "Atalanta" klubu Qazaxıstanın "Kayrat"

"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

"Qalatasaray" klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib. -a istinadla xəbər verir ki, klub rəsmisi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Öztürk oktyabrın 27-də keçirilə

Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, buna Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub. O, 55 kq çəki dərəcəsində mübarizə aparara


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber krimnal bugun valyuta son xabarlar