2022-ci ildə ən çox pul itirən 5 milyarder - FOTO
"Forbes"in hesablamalarına görə, İlon Mask, Ceff Bezos, Mark Zukerberq, Larri Peyc və Sergey Brin 2022-ci ildə ən çox vəsait itirən beş milyarder sırasındadır.
KONKRET.az xəbər verir ki, ümumilikdə onların sərvəti 378 milyard dollar azalıb.
Jurnalın məlumatına görə, siyahıda birinci yerdə bir təqvim ilində 100 milyard dollardan çox pul itirən "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskdır.
Maskın sərvətinin azalması "Tesla" səhmlərinin ucuzlaşması ilə bağlıdır.
İtkilərə görə ikinci yerdə şirkətinin səhmlərinin 50% ucuzlaşması səbəbindən 85 milyard dollar itirmiş "Amazon"un təsisçisi Ceff Bezos qərarlaşıb.
"Meta" şirkətinin baş direktoru Mark Zukerberq sosial şəbəkədəki səhmlərinin qiymətinin 64% ucuzlaşmasından sonra 77 milyard dollar itirib.
İlk beşliyi 2022-ci ildə "Alphabet"in səhmlərinin 39% ucuzlaşması nəticəsində hər biri təxminən 45 milyard dollar itirmiş "Google"un həmtəsisçiləri Larri Peyc və Sergey Brin tamamlayır.
Dekabrın 31-də "Bloomberg" hesablayıb ki, İlon Mask dünyada 200 milyard dollar itirən ilk insan olub.
İsveçrənin "UBS" bankının məlumatına görə, 2022-ci ildə dünya üzrə milyarderlərin sərvəti 400 milyard dollar azalıb. 2022-ci ilin martına qədər milyarderlərin sayı əvvəlki ilin mart ayı ilə müqayisədə 87 nəfər azalıb.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var