2023-cü il ən isti il olub

2023-cü il ən isti il olub2023-cü il hava və iqlim müşahidələri tarixində ən isti il olub.
azxeber.com xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Yer kürəsinin iqliminin vəziyyəti ilə bağlı illik hesabatında deyilir.
ÜMT 2023-cü ilin ən isti illər siyahısında birinci yeri tutacağı ilə bağlı ötən ilin noyabrında verdiyi proqnozunu təsdiqləyib.
"ÜMT-nin hesabatı təsdiqləyib ki, 2023-cü il tarixdə ən isti il olub. Yer səthində orta temperatur sənayedən əvvəlki ilkin göstəricilərdən 1,45 dərəcə yüksək olub. Bu, ümumiyyətlə tarixdə ən isti onillik dövrü olub", - təşkilatdan bildirilib.
Hesabatda göstərilir ki, 2023-cü ildə iyundan dekabra qədər hər ay müvafiq ay üçün rekord istilik qeydə alınıb, iyul, avqust və sentyabr aylarında rekordlar xüsusilə böyük fərqlərlə qırılıb.
"Qlobal temperaturun uzunmüddətli yüksəlişi atmosferdə istixana qazlarının konsentrasiyasının artması ilə əlaqədardır", - ÜMT-dən bildirilib. 2023-cü ildə Antarktikada dəniz buzunun həcmi rekord dərəcədə aşağı düşüb, belə ki, qışın sonunda onun maksimal sahəsi əvvəlki rekord ildən 1 milyon kv km az olub.
"Hələ heç vaxt, müvəqqəti də olsa, iqlim dəyişikliyi üzrə Paris sazişi ilə müəyyən edilmiş istiləşmənin 1,5 dərəcə aşağı həddinə bu qədər yaxın olmamışdıq. ÜTM dünyaya qırmızı siqnal xəbərdarlığı göndərir", - ÜTM Baş Katibi Andrea Seleste Saulo deyib.
"İqlim dəyişikliyi yalnız yüksələn temperatur demək deyil. 2023-cü ildə gördüklərimiz - okeanların misli görünməmiş dərəcədə istiləşməsi, buzlaqların əriməsi və Antarktika dəniz buzunun itirilməsi xüsusilə narahatlıq doğurur", - o deyib.

Sosial       Tarix: 20 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler metbuat valyuta mezenesi beynelxalq bank mezenne