2025-ci ildə bu məhsullarda kəskin QİYMƏT ARTIMI olacaq
2025-ci ildə maaş və pensiyaların artması ilə bağlı qərar qəbul olunub.
Bəs maaş və pensiyaların artımı fonunda ölkədə qiymət artımı da gözlənilirmi?
KONKRET.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bu haqda danışıb.
"Rəsmi məlumatlara görə, Azərbaycanda noyabr ayı üzrə inflyasiya sürətlənib. Bunun səbəbi həm mövsumi, həm də yeni il bayramında tələbatın artması ilə bağlıdır. Demək olar ki, bütün bayramlarda vətəndaşların ərzaq məhsullarına tələbatının artması ilə bəzən hətta süni qiymət artımı da baş verir.
Belə qiymət artımları adətən bir müddət davam edir. Lakin təəssüflər olsun ki, Azərbaycanda belə bir "ənənə" formalaşıb ki, maaş və təqaüd artımlarından öncə ərzaq məhsullarının qiymətində dalğavari bir qiymət artımı müşahidə olunur. Mənə elə gəlir ki, bu, mart-aprel ayına qədər davam edəcək. Çünki Novruz bayramında da tələbat yüksək olacaq".
Ekspert xüsusilə qeyd edib ki, gözə çarpan qiymət artımı, əsasən, təməl ərzaq məhsullarında müşahidə olunacaq.
KONKRET.az

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır