2025-də bu şəxslərin lotereyada bəxti gətirəcək — MÜSAHİBƏ

2025-də bu şəxslərin lotereyada bəxti gətirəcək — MÜSAHİBƏNumerologiya son zamanlar mistik sahə kimi populyarlıq qazanıb. Əksər insanlar həyatlarında rəqəmlərin xüsusi rola sahib olduğunu düşünürlər. Hətta tirajlı lotereya oyunlarında belə sevimli rəqəmlərinin onlara şans gətirəcəyinə inanırlar. 
azxeber.com xəbər verir ki, numeroloq Ayişə Axundova rəqəmlərlə bağlı yaranan sualları Demokrat.az-a müsahibəsində cavablandırıb.
2025-də bu şəxslərin lotereyada bəxti gətirəcək — MÜSAHİBƏAzərbaycanda "Xəzər TV"də yayımlanan tirajlı lotereya oyunlarında ötən il üzrə ən çox çıxan rəqəm 12, ən az çıxan rəqəm isə 1 olub. Bu rəqəmlərin numerologiyada xüsusi yeri varmı?
Numerologiyada rəqəmlərin mənası müxtəlifdir. 12 rəqəminin rəqəmləri ayrılıqda toplanaraq 3 olur və sadələşir. 3 rəqəmi sənəti, yaradıcılığı təmsil edir. 
1 rəqəmi liderliyi, risk almağı, cəsarəti təmsil edir və şanslı rəqəmdir. 
Lotereya oyunları üçün hansı rəqəmlər uğurlu hesab edilir?
Hər dövrün özünün uğurlu rəqəmi olur. İnsanlar həyatlarında təkrar edən rəqəmlərə diqqət etsinlər. Onlara uğur gətirdiyini düşündükləri rəqəmlərə şans oyunlarında üstünlük verə bilərlər.
Bəzi insanlar onlara müəyyən rəqəmlərin uğur gətirdiyini bildirirlər. Həqiqətən, uğurlu rəqəm anlayışı varmı?
Hər bir insanın daşıdığı rəqəm enerjisi var. Bunu doğum tarixi vasitəsilə hesablayırıq. Bizə aid olan hər bir rəqəm bizdən xəbər verir. Tutalım, doğum tariximiz 14.11.1996-dır. Bu zaman rəqəmlər tək-tək toplanaraq 33 əldə edilir. Numerologiyada 11, 22, 33 kimi rəqəmlərdən əlavə rəqəm alınırsa, nəticəni toplayırıq. Məsələn, 12 alınıbsa, 1 və 2-ni toplayaraq 3 əldə edirik. Bu o deməkdir ki, həmin insanda 3 rəqəminin enerjisi var. 
3 rəqəminin enerjisi olan insanlar həyatı, sevgini paylaşmağı sevir, çətinlikləri paylaşmağı sevmirlər. Əylənməyi sevir, hadisələri dramatikləşdirmirlər. Göründüyü kimi, hər rəqəmin özünün qarşılığı və mənası var. Bu rəqəmlər bizə xarakterimizi və hansı sahədə uğurlu olacağımızı göstərir. Həyatda iki əsas məsələ doğru iş və həyat yoldaşı seçimidir ki, rəqəmlər bizə bu mənada da kömək edə bilir. 
Hansı bürclərin lotereya oyunlarında enerjisi daha yüksək görünür?
Hər bir bürcün öz enerjisi var. Hansısa bürclə bağlı olaraq sırf bunun enerjisi yüksəkdir, digərininki deyil deyə bilmərik. Ümumi mənada isə oxatan bürcləri yüksək enerjili, həyat dolu bürc kimi görünür. Qoç bürcü isə ən aktiv, hətta ətrafındakı insanları belə hərəkətə keçirə biləcək şəxs kimi görünür. 
Bu il şans oyunlarında xəritə hansı bürcləri uğurlu hesab edir?
Bu il üçün şans məsələsində tərəzi bürcü ilk sıralarda gəlir, çünki Yupiterdən dəstək alır. İkinci şanslı bürc kimi dolçanı hesab edə bilərik. Onların bu il şansları dönəcək demək olar. Hər bir bürc sahibi üçün şans və uğurlu olduğu sahələr hər zaman var. 
Odur ki, rəqəmlərin sehrinə inananlar tirajlı lotereya oyunlarında bəxtlərini sınayaraq böyük uduşlara sahib olmaq imkanı əldə edə bilərlər. Bəlkə də, sizi cekpota aparacaq yol elə sevimli rəqəmlərdən keçəcək. 

İqtisadiyyat       Tarix: 14 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər sonxeber.az valyuta mezenesi xəbər.az