"203 min manat "semiçka" puludur" - Aqil Abbasdan qalmaqallı açıqlama
"Çingiz Abdullayev ona ünvanlanan suala sakitcə cavab verə bilərdi, yaxud deyərdi ki, indi yeri deyil. Ancaq əsəbiləşib, belə cavab verməsi düzgün olmadı. Gərək elə ifadələr işlətməzdi".
azxeber.com xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.
Ç.Abdullayevi qınayan deputat bildirib ki, jurnalist sual verirsə, ona cavab vermək lazımdır:
"Mənə də sensasiyalı suallar verirlər. Mən həmin sualları təmkinlə cavablandırıram. Hətta heç mənə aidiyyəti olmayan sual olsa belə, cavab verirəm. Məsələn, "mən həmin sualın mövzusundan xəbərsizəm", - deyirəm. O cür qurultayın sonunda belə bir söhbətin olmasını istəməzdim. Çingizin adı gərək belə hallanmazdı".
Qurultayın keçirilməsi üçün 203 min manat vəsaitin ayrılmasına gəlincə, deputat bunun təəccüblü olmadığını söyləyib. A.Abbas vurğulayıb ki, 203 min manat belə qurultay üçün "semiçka" puludur:
"203 min manat Azərbaycan Yazıçılar Birliyinin dünənki qurultayı üçün nədir ki? 30-40 qonaq çağırılmışdı. Hamısı da təyyarə ilə gəlmişdi. Beləliklə, bu vəsait təkcə bilet pulunu ödəyir. Qonaqlar üç gündür buradadır. Onların yemək pulu, hotel pulu var. Cangüdənlər də fəaliyyət göstərirdi".
Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?" - deməsi böyük qalmaqala səbəb olub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var