21 yaşlı Arda Gülərlə bağlı ŞOK XƏYANƏT İDDİASI

21 yaşlı Arda Gülərlə bağlı ŞOK XƏYANƏT İDDİASIİspaniyanın "Real Madrid" klubunda çıxış edən Türkiyə millisinin ulduzu Arda Gülər haqqında Fransa mətbuatında diqqətçəkən iddialar irəli sürülüb.
KONKRET.az Musavat.com-a istinadla bildirir ki, məlumata görə, ötən mövsüm gənc futbolçunun əsas heyətdə müntəzəm yer alması bəzi komanda yoldaşlarının narazılığına səbəb olub və onlar Ardanı komandada arxa plana keçirmək üçün soyunub-geyinmə otağında qruplaşma yaradıblar.
Fransalı jurnalist Romen Molina iştirak etdiyi verilişdə bildirib ki, həmin dövrdə komandanın baş məşqçisi olan Xabi Alonso Arda Gülərə böyük etimad göstərir və onu davamlı şəkildə start heyətində meydana buraxırdı. Molina iddia edib ki, bu qərar bəzi ulduz futbolçuların narazılığına səbəb olmuşdu.
Romen Molina bildirib:
"Əsas problem Arda Gülər idi. Xabi Alonso onu çox istəyirdi və birbaşa ilk 11-likdə oynadırdı. Bəzi futbolçular Ardanın komandadan kənarda qalmasını istəyirdi".
Veriliş zamanı aparıcı ilə Molina arasında belə bir dialoq baş tutub:
Aparıcı: Xabi Alonsonun əleyhinə olan futbolçular kimlər idi?
Romen Molina: Federiko Valverde, Cud Bellinqem, Vinisius Junior, Rodriqo və Endrik.
Aparıcı: Bunun səbəbi nə idi?
Molina: Əsas səbəb Arda Gülər idi. Xabi Alonso ona güvənirdi və dərhal əsas heyətə daxil edirdi.
Jurnalist Ardanın meydandan kənardakı təvazökar davranışını və Türkiyə millisində göstərdiyi uğurlu performansı da xüsusi vurğulayıb:
"Arda çox sakit və təvazökar futbolçudur. Onun haqqında meydandan kənarda demək olar ki, heç nə eşitmirsiniz. O, Dünya Kubokunda Türkiyə millisinin ən parlaq simalarından biri idi və məhz bu performansı bəzi futbolçuları narahat edirdi".

İdman       Tarix: 25 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber krimnal bugun son.xeber cəbhədən son dəqiqə