22 hərbi təyyarə, 24 hərbi helikopter: Özbəkistan sərhədində nə baş verir?
Avqustun 14-dən bu günədək Əfqanıstanın 22 hərbi təyyarəsi və 24 hərbi helikopter Özbəkistanın Surxandərya vilayətindən qeyri-qanuni yolla sərhədi keçib. 585 hərbçinin olduğu təyyarə və helikopterlər məcburi Termez beynəlxalq aeroportuna endirilib. 158 mülki şəxs və hərbçi isə Amudərya çayı üzərindəki körpüdən Özbəkistan ərazisinə girib.
Publika.az Özbəkistanın Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, üç "Embraer-314" əfqan hərbi təyyarəsi Xanabad aeroportuna enməyə icazə istəyib. Bu təyyarələrə Termez hava limanına enməyə icazə verilib. Özbəkistan Hərbi Hava Qüvvələrinin iki MiG-29 təyyarəsi onları izləyib. Ehtiyatsızlıq üzündən bir "Embraer-314" təyyarəsi Özbəkistanın MiG-29 təyyarəsi ilə toqquşub. Təyyarələrin pilotları paraşütlə özlərini atıb.
Ümumiyyətlə avqustun 14-16-da Özbəkistan sərhədini hava və quru yolla 743 hərbçi və mülki şəxs keçib. Bütün bu faktlarla bağlı Özbəkistanın Baş prokurorluğu cinayət işi açıb.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək