22 il davam edən küsülülük bitdi- BARIŞDILAR
Xalq artistləri Faiq Ağayev ilə Zülfiyyə Xanbabayeva arasında 22 il davam edən küsülülük bitib.
azxeber.com xəbər verir ki, Faiq Ağayev MTV Azərbaycanda qonaq olduğu "10-da görüşək" səhər verilişində Xanbabayeva ilə barışıqdan danışıb.
"6 ay əvvəl konsertlərin birində Zülfiyyə Xanbabayeva ilə barışdıq. 22 ildən sonra münasibətlərimiz düzəldi. O vaxt bir xəbər yayılmışdı ki, Dəniz adlı bir abituriyent İngiltərədə universitetlərdən birinə daxil olub. Elə gözəl imtahan verib ki, ondan təhsil pulu almayıblar. Əksinə bildiriblər ki, biz sizə təqaüd verəcəyik. Qızın adı Dəniz idi. Mən də bilirdim ki, Zülfiyyənin qızının adı da Dənizdir. Fikirləşdim ki, Dəniz də o yaşda olar. Zülfiyyə ilə yanbayan oturmuşdum, ona sual verdim ki, "O, sənin qızındır? Fəxr edirəm onunla".
Soruşdu ki, "Nə?" Əhvalatı danışdım ona. Zülfiyyə dedi ki, "Yox, o, mənim qızım deyil. Dəniz hələ 9-cu sinifdə oxuyur". Cavab verdim ki, "Dənizin də belə gözəl bəxti olsun. O da xarici ölkəyə getsin, orada universitetə daxil olsun".
Ondan sonra Zülfiyyə ilə tədbirlərdə görüşüb,salamlaşırıq. Həyatın bilməyən tərəfləri var. Kimdənsə müvəqqəti, kimdənsə birdəfəlik uzaqlaşırıq. Bizim Zülfiyyə ilə yəqin ki, uzaqlaşmağımız müvəqqəti idi. Düzdür bu uzaqlaşma 22 il çəkdi, amma istər-istəməz insanın ürəyində ləkə qalır. Arada olan anlaşılmazlıq itən kimi ağırlıq da ləkə də gedir".
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var