220 nömrəli məktəb-liseydə nə baş verib? - RƏSMİ AÇIQLAMA
Bakıda məktəb şagirdi məktəbin pəncərəsindən yıxılıb.
Bakı Şəhər Təhsil İdarəsindən azxeber.com-a verilən açıqlamaya görə 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) II mərtəbənin pəncərəsindən yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
Qeyd edək ki, bu haqda xəbəri ilk olaraq Manşet.az saytı yayıb.
Günel Hüseynli

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA