240-dan çox kəndlə əlaqə kəsildi - Qəzaların sayı artdı
Sel İranın qərbində yerləşən Lorestan vilayətində 243 kəndlə əlaqə yollarını kəsib.
Bunu İranın Yol və Nəqliyyat Təşkilatının sədr müavini Xudadad Moqəbbeli deyib. Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, infrastrukturlara 5-6 trilyon rial (təxminən 119-142 milyon dollar) xəsarət dəyib.
Moqəbbeli əlavə edib ki, Lorestan vilayətində 258 yerdə torpaq sürüşməsi qeydə alınıb.
Təşkilat rəsmisi bildirib ki, əsas problem Xürrəmabad-Poldoxtər istiqamətindədir və bu istiqamətdə Kəşkan çayı daşıb.
Qeyd edək ki, ötən gecədən İranda güclü yağışlar yağmağa başlayıb. Hazırda İranın bir çox yerində yağış və qar yağır. Yağıntılar bir sıra qəzalara səbəb olub. Belə ki, İsfahan vilayətində 8 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qəzada 101 nəfərin xəsarət aldığı bildirilir. (trend) /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi