25 min əsgər bu şəhərə göndərilir - TARİXİ QƏRAR
ABŞ-ın Yaponiyanın Okinava adasındakı Dəniz Piyadaları Korpusuna aid "Futenma" hərbi bazası köçürüləcək.
Publika.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilib ki, baza, adanın insanların sıx məskunlaşdığı ərazidən daha az yaşadığı yerə köçürüləcək. Transfer 8,5 milyard dollara başa gələcək. Yaponiya Milli Müdafiə Nazirliyi daşınmanın büdcəsinin daha əvvəl ehtimal ediləndən ikiqat çox olduğunu açıqlayıb. Nazirlik bazanın adanın cənubundakı Ginovan şəhərindən şimalındakı Henokoya köçürülməsinin 12 ilə başa gələcəyini ehtimal edir.
ABŞ-la Yaponiya arasındakı razılaşmaya görə, köçürülmə 3 ildə tamamlanmalı, baza 2020-ci ildən sonra Yaponiyaya verilməli idi. Razılaşmada bu plan üçün 3,2 milyard dollarlıq büdcə nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Okinava əhalisinin 72,2%-i bu ilin 25 fevral tarixində bazanın köçürülməsi ilə bağlı keçirilən referendumda "yox" cavabı vermişdi. Lakin Yaponiya hökuməti ABŞ ilə əldə olunan razılaşmanı əsas gətirərək transfer planını davam etdirmək qərarını qəbul etmişdi.
Xatırladaq ki, II Dünya müharibəsində ABŞ ilə Yaponiya arasında gedən qarşıdurmalara ev sahibliyi edən Okinava, Yaponiyanın 1952-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra ABŞ tərəfindən ilhaq edilmiş, 1972-ci ildə geri qaytarılmışdı. Müharibədən sonra ABŞ əsgərlərinin cinayətləri ada xalqında böyük narahatlıq yaratmışdı. Bazanın köçürülməsi 1995-ci ildə 3 amerikalı əsgərin tələbəyə təcavüz etməsindən sonra gündəmə gəlmişdi.
ABŞ-ın Yaponiyada xidmət edən 50 mindən çox əsgərinin yarısı Okinavadadır.
Zümrüd /publika.az

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Rusiyada Hakan Fidana fəxri ad verildi
Nikol Paşinyan: Bakıya getməyə hazıram
Finlandiyadan SENSASİON QƏRAR - Nüvə silahı