250 minlik ordu "həyəcan"a qaldırıldı – Sərhəddə QARŞIDURMA
ABŞ və NATO qoşunlarının Əfqanıstandan qəfil geri çəkilməsi ilə Talibanın irəliləməsindən sonra sərhəd xəttindəki Tacikistan təhlükəsizlik qüvvələri "həyəcan" komandasına keçib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, ölkənin bütün hərbi qüvvələrinin iştirakı ilə Tacikistanda ölkə tarixində ən böyük təlim keçirilib.
Təlimlə əlaqədar açıqlama verən Prezident Emoməli Rəhmon sərhəd xəttində yarana biləcək qarşıdurmalar zamanı diqqətli olmağa çağırış edib.
Rəhmon orduda xidmət edən 100 min aktiv canlı qüvvənin 3 saat davam edən nəhəng təliminə 130 min ehtiyat hərbçinin də səfərbər edildiyini açıqlayıb. Prezident təlim zamanı bölgəyə mindən çox hərbi texnika, yüzlərlə minaatan, helikopter və onlarla təyyarənin yerləşdirildiyini bildirib.
Rəhmon bölgədə baş verə biləcək qarşıdurmaya hazır olduqlarını bildirib.
"Bölgədəki qeyri-sabit vəziyyətə görə Tacikistan xalqının təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq", - taciklərin lideri deyib.
Əfqanıstanda Taliban qüvvələrindən qaçan yüzlərlə əfqan əsgəri Tacikistana sığınıb. Tacikistan ordusu ehtimal olunan qarşıdurma üçün Əfqanıstan sərhədinə 20 min canlı qüvvə göndərildiyini açıqlayıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək