3 milyon insan həftələrdir acdır - İngiltərədə DƏHŞƏTLİ MƏNZƏRƏ
Koronavirus pandemiyasının ciddi iqtisadi zərbə vurduğu İngiltərədə 3 milyon insan ac qalıb.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır.
Qəzet "Food Foundation"un (Qida Fondu) hazırladığı hesabata istinadən yazır ki, koronavirusa görə həyata keçirilən tədbirlər ölkə əhalisinin 6 faizinin aclıq səviyyəsinin altında yaşamasına səbəb olub.
"Bu, 3 milyon insan deməkdir. Hər ailədən ən azı bir nəfər son üç həftədir günü ac olaraq keçirir, yaxud yetərli qədər qida yeyə bilmir", - qəzet yazır.
Fondun keçirdiyi sorğuda iştirak edən 8,1 milyon insanın 16 faizi virus yayılandan sonra qida çatışmazlığı ilə üzləşdiyini deyir. Buna səbəb virusun yayılmasıın qarşısını almaq üçün karantin rejiminin tətbiq edilməsi, iş yerlərinin bağlanmasıdır.
Fondun direktoru Anna Taylor bildirib ki, İngiltərədə qida yoxsulluğu problemi var: "Bununla yanaşı, məhsul çatışmazlığı da yaşanır. İnsanlar ehtiyacları olduqları məhsulları ala bilmədiklərini deyirlər".
Araşdırmanın nəticələrinə görə, İngiltərədə təxminən 1,5 milyon insan karantin rejiminin tətbiq olunmasından sonra ən azı bir günü heç nə yemədən keçirir.
Asif

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi