3 ölkə Azərbaycandan qaz tədarükünə dair saziş hazırlayır
Macarıstan aprelin sonunda Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.
KONKRET.az xəbər veriri ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışaraq qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
Siyartonun sözlərinə görə, bu qazın bir hissəsi Türkiyədən keçə bilər. Artıq konkret detallar üzrə danışıqlar aparılır.
"Əlbəttə ki, Cənub-Şərqi Avropa ölkələrində – Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq", – xarici işlər naziri deyib.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Tədarük 25 il üçün nəzərdə tutulub və həcmi 10 milyard kubmetrdən çox olmalıdır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi