3 yaşlı uşağı anasız qaldı - Burun əməliyyatında ölən Nəzrinin ailəsi hər şeyi danışdı
"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında aparıcı və müəllif Arzu Kəlbi burun əməliyyatından sonra komaya düşüb, yanvarın 12-də vəfat edən Nəzrin Mansurovanın evində olub.
Mərhumun bacısı Nərmin Paşabəylinin sözlərinə görə, bu, Nəzrin Mansurovanın ilk əməliyyatı imiş:
"Bacımın sağlamlığı ilə əlaqədar heç bir şikayəti olmayıb. Yanvarın 3-də əməliyyat olundu, 4-ü isə səhər saatlarında evə buraxıldı. Narkozdan ayılandan sonra kəskin başağrıları var idi. Ayın 4-də axşama doğru ağrıları kəskinləşdi, səhərə yaxın qusmağa başladı. Daha sonra vəziyyəti tamamilə pisləşdi. Bacım evini, uşağını tanımadı, tam anlaqsız vəziyyətdə idi".
N.Paşabəyli qeyd edib ki, bacısı əməliyyatdan 35 gün əvvəl müayinə olunub, həkim bu nəticələrə əsasən Nəzrini əməliyyat edib:
"O bizi əmin edirdi ki, hər şey normaldır. Sonra Nəzrini başqa xəstəxanaya apardıq. Sənan doktor həmin xəstəxanaya gəldi, Nəzrinin analizlərinə baxdı, "Hər şey normaldır" dedi. Amma biz bilirdik ki, bacımı itirəcəyik. Üç yaşında bir qızı var, dekabr ayında övladının 3 yaşını qeyd etdik. Belə olacağını təsəvvür etməmişdik. Qızının "Anam haradadır" sualına cavab tapa bilmirik. O, anasının sağalmağa getdiyini və qayıdacağını düşünür. Hələ ki heç birimiz özümüzdə cəsarət tapıb qızına anasının öldüyünü deyə bilmirik".
N.Mansurovanın atası isə insanları estetik əməliyyatlardan uzaq durmağa çağırıb: "Sosial mediadakı yalançı reklamlara son qoyulmalıdır. Ətrafdan kimsə sizə "burnun əyridir" desə də, onlara fikir verməyin. Heç kimin burnu əyri deyil. Ona görə özünüzü ölümün pəncəsinə atmayın".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Milli Məclis Prezident və xanımını təbrik etdi
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb