30 min rüşvət istəyən prokurora cinayət işi başlandı

30 min rüşvət istəyən prokurora cinayət işi başlandıVətəndaşlardan rüşvət tələb edən prokuror barəsində cinayət işi başlanıb.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Emin Seyidov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 3 nəfərdən külli miqdarda pul tələb edib.
Belə ki, vətəndaş Gülşad Mirzəyeva (şərti) 2021-ci ildə tanışı Elçin Nağdəliyevin ona hədə-qorxu gəlməsi ilə bağlı yaşadığı mənzildə qollarını kəsərək özünü öldürməyə cəhd edib. Daha sonra Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edib. Müraciət polis bölməsində araşdırıldıqdan sonra toplanmış materiallar Qaradağ Rayon Prokurorluğuna göndərilib. İlkin araşdırma zamanı məlum olub ki, Gülşad Mirzəyevanın qeyd edilən hadisənin baş verməsində Elçin Nağdəliyevlə yanaşı, Emin Oruczadə və Sərxan Quliyev adlı şəxslərin də iştirakının olmasını bildirib.
Həmin işlə əlaqədar prokuror Emin Seyidov sonunculara və onların yaxın qohumlarına cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə bu ilin yanvarında Qaradağ Rayon Prokurorluğundakı xidməti otağında, habelə telefon vasitəsilə 30 min manat rüşvət istəyib. Barəsində araşdırma aparılan şəxslərlə danışıqdan sonra məbləği əvvəlcə 15 min, daha sonra 10 min manata endirib.
Emin Seyidovun əməllərinin üstü açılandan sonra onun barəsində cinayət işi başlanıb. Prokurora hədə-qorxu ilə külli miqdarda rüşvət alma ittihamları verilib. E.Seyidov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. Hazırda onunla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Qeyd edək ki, E.Seyidov 2017-ci ildə prokurorluq orqanlarında işə qəbul olunub. 2020-ci ildən Qaradağ Rayon Prokurorluğunda müstəntiq işləyib.

Hadisə       Tarix: 16 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az son xeberler metbuat xeberleri maliyye xeberler bugun bugunun xeberleri