300 bal toplayan 9-cu sinif şagirdi: "Repetitor yanına getməmişəm
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahan iştirakçıları arasında 1 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu, Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Tural Azər oğlu Əfəndiyevdir.
azxeber.com xəbər verir ki, AzEdu.az saytı Turalla əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.
- Tural, buraxılış imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?
- Bu nəticəni gözləmirdim, çox xoşbəxtəm. Hardasa, 280 bala yaxın nəticə əldə edəcəyimi düşünürdüm.
- Hansı fənn üzrə yazdıqlarından əmin deyildin?
- Məncə, imtahan elə də çətin deyildi. Riyaziyyatdan 100 bal gözləyirdim, ancaq ana dilindən açıq suallardan tam əmin deyildim.
- Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir, yoxsa repetitorla hazırlaşmışdın?
- Xeyr, heç bir repitetorla hazırlaşmamışam.
- Hansısa ixtisas qrupu seçmisən?
- Bəli, IV qrup üzrə hazırlaşıram, tibb ixtisası üzrə təhsil almaq istəyirəm.
- Azərbaycanda təhsil almaq istəyirsən, yoxsa xarici ölkədə?
- Hələ ki buna qərar verməmişəm
- Uğurunun sirri nədir? Yaşıdlarına hansı tövsiyəni vermək istərdin?
- Dərsləri vaxtında oxumaq lazımdır. VI sinif dərsini VI sinifdə, VII sinif dərsini də VII sinifdə. Beləliklə, hər şeyə vaxt çatdırmaq olar. İmtahana bir ay qalmış da bütün mövzuları gücləndirilmiş rejimdə təkrar etmək mütləqdir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi