32 il sonra Daşaltıda nəşi tapılan şəhid Salyanda dəfn edilib - FOTO
Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra meyitinin qalıqları tapılan şəhid Yarıyev Qənbər Teymur oğlunun nəşi Salyanda ailəsinə təhvil verilib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, şəhid Qənbər Yarıyevin nəşi Salyan sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, rayon ictimaiyyəti, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu 1966-ci ildə Salyanda doğulub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il yanvarın 26-da Şuşa rayonu Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.






Turlar.az [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat