"3+3" formatında keçirilən regional platformanın ilk toplantısında nə baş verdi? - ŞƏRH

"Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə Cənubi Qafqazda "sülhün və sabitliyin təmin edilməsi" məsələlərinə həsr olunmuş "3+3" formatında keçirilən regional platformanın ilk toplantısı baş tutdu. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Söhbət tərəflər arasında qarşılıqlı etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirlərindən gedir. Göründüyü kimi, format region və region ölkələrini narahat edən, həllini gözləyən bütün məsələləri özündə ehtiva edir. "3+3" formatı region ölkələri üçün nə vəd edir? Əvvəla, onu qeyd etmək lazımdır ki, bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə Prezidentləridir. Bu təşəbbüs, eyni zamanda Rusiya Prezidenti tərəfindən də böyük dəstək alıb. Öz növbəsində İran da təşəbbüsü açıq surətdə dəstəkləyir".
Bunu Publika.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Politoloq bildirib ki, indiki halda regionun 4 aparıcı ölkəsi "3+3" formatında iştirak edir. Bu həm də ondan xəbər verir ki, regionun bütün problemlərini yenə region ölkələri həll etməlidir:
"Məsələ ondadır ki, bu gün Cənubi Qafqaz defraqmentasiya olunmuş məkandır. Yəni regionda iqtisadi, nəqliyyat və logistika əlaqələri bu və ya başqa formada məhv edilib. Region beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən kənarda qalıb. Bu məsələ regionumuzun başlıca problemlərindəndir. Azərbaycan hələ ötən əsrin sonlarından bu problemləri görüb və ardıcıl beynəlxalq layihələr ilə mövcud problemi aradan qaldırmağa çalışıb. Rəsmi Bakının bu təşəbbüsü bu gün də davam edir. Lakin regionu defraqmentasiyadan xilas etmək üçün tək Azərbaycanın fəaliyyəti kifayət etmir. Buna görə də Azərbaycan çoxşaxəli regional əməkdaşlığın inkişaf etməsi üçün "3+3" platformasını irəli sürdü. İndiki halda "3+3" platformasının məqsədi Cənubi Qafqazı münaqişələr regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına çevirməkdir. Regionumuz Avrasiyanın nəqliyyat mərkəzinə çevrilə bilər. Bunun üçün isə regionun bütün ölkələrinin prosesdə istirakı zəruridir. Misal üçün ATƏT-in Minsk Qrupu nümunəsi də göstərdi ki, regiona daxil olmayan ölkələrin (Fransa, ABŞ) siyasi gündəliyində Qarabağ münaqişəsinin həlli axırıncı yerdə dayanmışdı. İstənilən halda regionun gələcəyini yenə region ölkələri təyin etməlidir. Gürcüstan "3+3"-ə qayıdacaq? Gözlənildiyi kimi, "3+3" formatında keçirilən regional platformanın ilk toplantısında Gürcüstan iştirak etmədi. Görüşdən bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyi ölkələrinin platformasının ilk iclasında iştirak etməyəcəyini bildirmişdi. Aydın məsələdir ki, rəsmi Tiflis Rusiya faktoruna görə "3+3" platformasında işitrak etmək istəmir".
Ekspertin fikrincə, mövcud Abxaziya və Cənubi Osetiya problemlərinə Kremlin müdaxilə etməsi və iki ölkə arasında yaxın keçmişdə yaşanan qısamüddətli müharibəni nəzərə alaraq hesab edirəm ki, rəsmi Tiflisin platformada iştirak etməməsini anlayışla qarşılamaq olar:
"İstənilən halda Bakı Tiflisin bu qərarına hörmətlə yanaşır. Lakin yaxın gələcəkdə Gürcüstan "3+3" formatına yenidən qayıtmalıdır. Məsələ ondadır ki, "3+3 formatı" Tbilisi ilə Moskva arasında mövcud problemlərin, o cümlədən Abxaziya və Cənubi Osetiya münaqişələrinin müzakirəsi və həlli üçün effektiv platformaya çevrilə bilər. Gürcüstan onu da nəzərə almalıdır ki, formatda Türkiyə və Azərbaycan da təmsil olunur. Yəni rəsmi Bakı və Ankara bu məsələdə konstruktiv yanaşma sərgiləyərək Moskva və Tbilisi arasında vasitəçi ola bilər. Beş ölkənin nümayəndələrinin Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildirməsi də rəsmi Tiflisin format üçün nə qədər vacib olduğunu göstərir. Hesab edirəm ki, Gürcüstanın gələcəkdə bu formata qoşulması həm onun özü, həm də region üçün olduqca vacibdir. "3+3" platforması "Astana formatı"nın plagiatıdır? "3+3" platforması artıq bir çox ölkələri narahat etməyə başlayıb. Təsadüfi deyil ki, həmin ölkələr bu platformanı gözdən salmaq üçün Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı məsələləri həll etdiyi "Astana formatı" ilə paralellər aparır".
Turan Rzayev düşünür ki, bu müqayisə kökündən yanlışdır və Cənubi Qafqaz reallıqlarını dərk etməkdən uzaqdır:
"Cənubi Qafqaz ilə Yaxın Şərq regionları arasında paralellər aparmaq siyasi savadsızlıqdan irəli gəlir. Məsələ ondadır ki, hər iki regionun xalqları, mədəniyyəti eyni olmadığı kimi, mövzu və tarixi problemləri də eyni deyil. Dolayı yolla hər iki regionda fərqli konteksdə baş verən proseslərinə oxşar baxış sərgiləmək məntiqsiz olardı. "Astana formatı" Suriya ilə bağlı məsələləri həll etdiyi halda "3+3" platforması bütöv bir regionun problemlərini və inkişaf perspektivlərini özündə ehtiva edir. Dar və geniş mənada fərqlər bariz şəkildə göz qabağındadır. "3+3" platformasını qarşısına hədəf kimi Benilüks və ya Skandinaviya ölkələrinin nümunələri qoyub. Nəzərə almaq lazımdır ki, bu ölkələr regional platformalar çərçivəsində də uğurla birgə fəaliyyət göstərirlər. "3+3" platformasının məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirməkdir. Bu, həmçinin regionumuza revanşizmə və yeni müharibələrə qarşı müəyyən immunitet verəcək".
Tural Turan

Dünya       Tarix: 11 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun xəbər.az bu gunun xeberleri xeberler az