37 baş qoyunu oğurlayan şəxs TUTULDU
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xırdabuynuzlu heyvan oğurlamaqda və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, cari ilin fevral ayında fermaların birindən 37 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı Bərdə RPŞ-yə müraciət daxil olub.
Davam etdirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Tural Bayramov istintaq təcridaxanasından müvafiq qaydada şöbəyə gətirilib. Aparılan araşdırmalarla müəyyən olunub ki, o, yetkinlik yaşına çatmayan qardaşı ilə birlikdə rayonun Mustafaağalı kəndində yerləşən fermadan 37 baş qoyun oğurlayıb. T.Bayramov heyvanları dəyərindən ucuz qiymətə sataraq zərərçəkmiş şəxsə 8 min manat civarında ziyan vurub.
Bundan başqa Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Çingiz Məmmədov da saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda güclü təsiredici xassəyə malik heroin, eləcə də marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır