4 illik məhkəmə prosesi başa çatdı... O, 2 min manat təzminat alacaq
"İlahi ədalət adlanan bir tərəzi var. Əsla səhv etməz. Hər zaman yaradanımıza güvəndim, ona sığındım. Susdumsa, var olan Allaha və dövlətimin qanunlarına güvənib, inanaraq susdum. Əlacsız və ya günahkar olduğum üçün susmadım, lakin susqunluğumla qınandım".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkə hesabında yazıb.
Sənətçi aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarındakı məhkəmə prosesinin bitdiyini bildirib:
"Qanun danışsın deyə, mən susdum. Məni tanıyan bilir söz-söhbət sayəsində qara piarı, boşboğazlığı sevmirəm, nə də düz olarkən özümü sübut etməyi. Şükr olsun Allahıma, məni heç zaman tək qoymadı. Onun ədaləti qarşısında baş əyirəm. Hər şey sübut olundu. Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizlərə halal olsun sadəcə" deyə, Aysel paylaşımında yazıb.
Xatırkadaq ki, ikili arasında qalmaqal, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova adlı qadının Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham etməsi olmuşdu. Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirmişdi.
Müğənni də öz növbəsində canlı yayımda şərəf və layəqtinin alçaldıldığına görə məhkəməyə müraciət etmişdi. 4 il sürən məhkəmə prosesindən sonra, müğənninin haqlı olduğuna, aparıcının Aysel Əlizadəyə 2 min manat təzminat ödəməsinə qərar verilib.
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var