4 təşkilat məişət zorakılığı əleyhinə vacib layihəyə başladı

4 təşkilat məişət zorakılığı əleyhinə vacib layihəyə başladıAzərbaycan Uşaqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 1 mart 2023-cü il tarixdən "Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması" layihəsinə başlayıb.
Layihə "Çevik Ekspertlər Qrupu" Koalisiyasının birgə fəaliyyəti əsasında icra olunacaq. Layihənin icrasında iştirak edən tərəfdaş təşkilatların adları aşağıdakılardır:
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Bilriyi
 "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyi
"İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Biliryi
"Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Biliryi
Layihənin fəaliyyət istiqamətləri, görüləcək işlərin bölgüsü ilə bağlı 03 mart 2023-cü il tarixdə "Çevik Ekspertlər Qrupu" koalisiya üzvlərinin iştirakı ilə ilk görüş keçirilmişdir.
Layihənin əsas məqsədi Neftçala, Biləsuvar, Fizuli şəhərlərində gender əsaslı zorakılığın (məişət zorakılığı daxil olmaqla) vəziyyətinin analizi hesabatının hazırlanması, gender əsaslı zorakılığın  hər forması ilə mübarizə metodları haqqında  maarifləndirmə kampaniyasının təşkili və  qərarverici qurumların da cəlb edilməsi ilə gender əsaslı zorakılıqla (məişət zorakılığı ) mübarizəni əhatə edən ictimai vəkillik fəaliyyətlərinin təşkil edilməsidir.Məqsədə çatmaq üçün layihənin ilk vəzifəsi əsasən qeyd olunan regionları əhatə etməklə vəziyyətin analiz hesabatının hazırlanmasıdır. Layihə zamanı hər regionda 25 nəfər olmaqla 3 günlük təlim təşkil ediləcəkdir. Təlimə məişət zorakılığı ilə mübarizə sahəsində çalışan QHT-nümayəndələri, dövlət qurumlarının  təmsilçiləri, fəal gənclər və ictimai fəallar cəlb ediləcəklər. Maarifləndirmə komponenti üzrə İctimai TV efirində1 veriliş, LAFTV və PRAYMTV İnternet Tv-lərdə 2 veriliş və ASAN radio efirində 6 veriliş hazırlanacaqdır. Eyni zamanda gender əsaslı və ya məişət zorakılığı ilə bağlı müdafiə mexanizimini əyani izah edən sosial çarx hazırlanacaq.  
Layihənin başlıca vəsifəsi olaraq 3 regionda gender zəminində zorakılıqla mübarizə aparacaq təşəbbüs qruplarının yaradılması olacaqdır. Bu təşəbbüs qrupları Çevik Ekspertlər Qrupunun (ÇEQ) fəaliyyət modelinə uyğunlaşdırılacaq və  gender zəminində zorakılıq , məişət zorakılığı ilə bağlı davamlı və sistematik fəaliyyət göstərəcəkdir. Layihənin sonunda Bakı şəhərində hər regiondan 3 nəfər regional təşəbbüs qrupunun üzvünün, Çevik Ekspertlər Qrupunun üzvləri, aidiyyatı dövlət qurumları,millət vəkilləri və KİV nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək, gender əsaslı zorakılığa həsr olunmuş araşdırmanın nəticələri kitabça şəklində təlimlərdə iştirak edən iştirakçılara və digər konfrans iştirakçılarına təqdim olunacaq, layihə çərçivəsində hazırlanmış sosial çarx iştirakçılara və media nümayəndələrinin diqqətinə çatdırılacaqdır. Layihənin  icra müddəti 4 aydır. 01 mart 2023-cü il tarixdə başlanmış  layihə 01 iyul 2023-cü il tarixdə yekunlaşacaq.
4 təşkilat məişət zorakılığı əleyhinə vacib layihəyə başladı4 təşkilat məişət zorakılığı əleyhinə vacib layihəyə başladı/ azxeber.com

Sosial       Tarix: 03 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim metbuat xeberleri az xeber sonxəbərlər