"40 milyonluq Azərbaycan bir yumruq olub, qalib gələcək
Xalq artisti Miri Yusifin 2023-cü ilin ilk konsertində sevənlərinin qarşısına çıxıb.
azxeber.com xəbər verir ki, 2 saatdan çox səhnədə qalan sənətçi konsertə "Xəzərəm" mahnısı ilə başlayıb. Daha sonra "Küçələrə su səpmişəm" adlı mahnını kompozisiya şəklində xanəndə Nurlan Namazovla birgə ifa edib.
10-dan çox musiqiçi və rəqqaslarla performans göstərən Miri Yusif "Bildim" adlı yeni mahnısını da ilk dəfə konsertində oxuyub.
"Yaxın tariximizə nəzər yetirəndə gördük ki, 10 milyon insan bütöv bir yumruq olmağı bacardı və biz qalib gəldik. İnşallah bütöv 40 milyonluq Azərbaycan da bir yumruq olub, qalib gələcək. Artıq buna çox rahat inanırıq. Ona görə də bu mahnını bizə, özümüzə həsr edirəm. Əziz xalqım, səndən bir dənədir!", - deyə, sənətçi konsertin sonunda bildirib.
Qeyd edək ki, konsertin ikinci günü bu gün Heydər Əliyev sarayında baş tutacaq.







Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb