5-ci "Yüksəliş" müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

5-ci Bu il keçirilən 5-ci "Yüksəliş" müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək göstəricidir. Məhz bu münasibətlə Azərbaycanın ən böyük maliyyə qurumu olan Kapital Bank-da xüsusi görüş baş tutub. Bankın İdarə Heyətinin Sədri və Baş İcraçı direktoru Fərid Hüseynov, eləcə də İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova müsabiqənin qalibi olan əməkdaşlarla bir araya gələrək onları şəxsi nailiyyətləri münasibətilə təbrik ediblər.
Görüş zamanı rəhbərlik qaliblərin uğur yolunu dinləyib, onların peşəkar inkişaf prosesində göstərdikləri əzmkarlığı və liderlik keyfiyyətlərini yüksək qiymətləndirib. Səmimi müzakirələr əsnasında iştirakçılar həm müsabiqənin çətinlikləri, həm də bu nəticənin bank daxilində digər əməkdaşlar üçün də motivasiya və örnək təsiri yaratdığı barədə fikirlərini bölüşüblər.
Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov görüş zamanı bildirib ki, bu nəticə bankın insan kapitalına verdiyi dəyərin və sistemli yanaşmasının göstəricisidir: "Yüksəliş yalnız fərdi nailiyyət deyil, bu həm də təşkilati uğurdur. Biz Kapital Bank-da sabahın liderlərini müəyyən edir, onlara şəxsi inkişaflarında şərait yaradırıq. Bu müsabiqədə də üç qalibimizin olması təsadüfi deyil. Bu, illərlə formalaşan dəyərlər sistemimizin və inkişaf mədəniyyətimizin nəticəsidir".
İnsan kapitalı və təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova isə müsabiqənin nəticələrini bank üçün strateji əhəmiyyətli bir göstərici kimi qiymətləndirib: "Bizim əsas dəyərimiz insandır. Hər bir əməkdaşımızın fərdi inkişafı, liderlik bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi bankımızın uzunmüddətli uğur strategiyasının tərkib hissəsidir. "Yüksəliş" kimi platformalarda qalib olmaq bu istiqamətdə atılan addımların doğruluğunu bir daha təsdiq edir".
Qeyd edək ki, builki "Yüksəliş" müsabiqəsinin qalibləri arasında Kapital Bank-ın Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov yer alıb. Onların hər biri bank daxilində inkişaf yolu keçmiş, müxtəlif struktur vəzifələrdə uğurlu fəaliyyətləri ilə seçilmiş əməkdaşlardır.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçi kadrların aşkarlanması, inkişaf etdirilməsi və dövlət idarəçiliyi də daxil olmaqla müxtəlif sahələrdə liderlik potensiallarının gücləndirilməsidir. Beş mərhələdən ibarət olan müsabiqə iştirakçıların strateji düşüncə, liderlik, qərarvermə və etika kimi bacarıqlarını qiymətləndirən beynəlxalq model əsasında həyata keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – / azxeber.com

İqtisadiyyat       Tarix: 06 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com en son xəbərlər bugün krimnal bugun bu gune olan xeberler